TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


28.09.2025  18:14 

Azərbaycanın iqtisadi “liderliyi”: Şişirdilmiş illüziyalar





A+  A-

İllərlə Azərbaycan iqtisadiyyatını Cənubi Qafqazın “lokomotivi” kimi təqdim etdilər. Hamıdan öndəyik, regionun lideriyik dedilər. Amma son rəqəmlər göstərir ki, bu “lokomotiv” çoxdan relsdən çıxıb. 2017-ci ildə qonşularından irəlidə olan Azərbaycan bu gün həm ÜDM göstəricilərində, həm də iqtisadi artım tempində Gürcüstan və Ermənistanın gerisinə düşüb.

2017-ci ildə Azərbaycan həqiqətən də adambaşına düşən ÜDM göstəricilərinə görə regionda birinci idi:

Azərbaycan – 4212 dollar
Gürcüstan – 4047 dollar
Ermənistan – 3869 dollar


Amma aradan cəmi 7-8 il keçib və vəziyyət tam dəyişib.

Beynəlxalq Valyuta Fondunun son hesabatına görə Azərbaycan artıq Cənubi Qafqazda sonuncudur:

Gürcüstan – 9.61 min dollar
Ermənistan – 8.86 min dollar
Azərbaycan – 7.43 min dollar

Bir vaxtlar regionda lider olan ölkə indi qonşulardan geridə qalır. Bu dövürdə Gürcüstan və Ermənistan iqtisadiyyatı isə sürətlə irəliləyib. Biz isə “liderlik” iddiası ilə başladığımız yolda ən axırda dayanmışıq. Yəni iqtisadi artımın “zirvəsi”: 0,9%

2025-ci ilin yanvar–iyul aylarında ÜDM artımı da bizim nə qədər geridə olduğumuzu göstərir:

Gürcüstan – 8,6%
Ermənistan – 5,2%
Azərbaycan – cəmisi 0,9%


Bu rəqəm inkişaf yox, sadəcə iqtisadiyyatın süni nəfəs aparatında saxlanmasıdır. Hökumətin “uğur” kimi təqdim etdiyi 0,9 faiz, əslində insanların cibindən zorla çıxarılan pullardan başqa bir şey deyil. Məsələn, küçələrdə hər addımda qoyulan cərimələr, “parkovka” adı ilə qurulmuş rəsmi yığımlar, süni qiymət artımları, monopoliya siyasəti və daha nələr, nələr...

Əgər iqtisadi artımın əsası bunlardırsa, bunlar “inkişaf” yox, xalqa qarşı sistemli soyğundan başqa bir şey deyil.

Hakimiyyət illərdir bahalı kostyum-qalstuklu “gənc iqtisadi komanda”dan danışır. Amma bu komanda sadəcə köhnə siyasəti yeni terminlərlə bəzəyir, nəticə isə dəyişmir. Yəni, insanların rifahı gündən-günə pisləşir, gəlirlər azalır, xərclər artır, büdcə hələ də neftdən asılıdır...

Əlbəttə, hökumət rəqəmlərlə oynaya bilər, şişirdilmiş statistika da təqdim edə bilər. Amma xalqın gündəlik həyatı rəqəmləri ifşa edir. Çünki hər kəs bazara gedəndə, kirayə pulu ödəyəndə, uşağının məktəb xərclərini qarşılamağa çalışanda bu “uğurlu siyasətin” nə demək olduğunu çox yaxşı hiss edir.

N.Oruclu
XəzərNews.az


Xəbər 3466 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +