Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


24.02.2021  17:48 

““İskəndər” raketləri Azərbaycana Ermənistandan atılıb” - Rus hərbi ekspert





A+  A-

Rusiyalı hərbi eskpert Viktor Litovkin Ermənistan Baş naziri Nikol Paşinyanın “İskəndər” raket kompleksləri haqqında səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, ekspert “1in.am” saytına açıqlamasında bildirib ki, Paşinyanın “İskəndər” raket kompleksi ilə bağlı səsləndirdiyi fikirlər bir dövlət lideri olaraq müharibədəki uğursuzluğunu ört-basdır etmək cəhdidir.

Bundan əlavə, ekspert “İskəndər” raketlərinin etibarlı bir silah olduğunu, ancaq döyüşə hazır vəziyyətdə saxlanılmalı və mütəmadi texniki dəstək göstərilməli olduğunu bildirib.

“Ermənistan Silahlı Qüvvələrində qarışıqlıq və hərc-mərclik, xidmətin düzgün qurulmaması, Ermənistanın raket bölmələrinin hərbçilərinin aşağı ixtisas dərəcələrini nəzərə aldıqda komplekslərin anbarlarda toz yığdığını və lazımi texniki dəstək görmədiyini əminliklə deyə bilərik. Bu komplekslərin döyüş istifadəsinə dair təlimlər keçirilməyib və ya etinasız keçirilib”,- deyə ekspert qeyd edib.

Mütəxəssis həmçinin “İskəndər” raketlərinin Azərbaycana Dağlıq Qarabağ ərazisindən deyil, Ermənistan ərazisindən buraxıldığını bildirib. Ekspert qeyd edib ki, bu öz növbəsində bölgədə Rusiya və Türkiyənin də birbaşa cəlb olunduğu daha geniş münaqişəyə səbəb ola bilərdi.

Xatırladaq ki, N. Paşinyan “1in.am” saytına müsahibəsində İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı “İskəndər” raketindən istifadə etdiyini etiraf edib. O, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın Azərbaycanla müharibənin 3-4-cü günündə nə üçün “İskəndər” raketindən istifadə edilməməsi ilə bağlı ittihamına cavabında bildirib ki, müharibədə əslində “İskəndər”dən istifadə olunub, amma raket partlamayıb:

“Bu ittiham yəqin ki, mənə ünvanlanıb. Ancaq düşünürəm ki, cavabını bildikləri sualları verməməlidirlər. Buyurub, cavab versinlər, atılan “İskəndər” niyə partlamadı, yaxud 10%-i partladı? Bəlkə o raket 80-ci illərin silahı idi?”.

Xəbər 4400 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +