Görəsən hökumət nə düşünür? - İqtisadçı
Hava şəraiti ilə bağlı... - Sürücülərə xəbərdarlıq
Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...


19.07.2025  13:49 

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - RƏSMİ AÇIQLAMA





A+  A-

Vətən müharibəsi qazisi Məmmədov Röyal İsgəndər oğlu “Şıxov”da yenicə qurduğu çimərlik ərazisinin Səbail Rayon İcra Hakimiyyəti tərəfindən heç bir əsas göstərilmədən söküldüyünü açıqlamışdı.

XəzərNews.az xəbər verir ki, üçüncü qrup əlilliyi olan R.Məmmədov “Qafqazinfo”ya bildirib ki, iş yeri söküldüyü üçün ziyana düşüb: "Qazi olduğumu, müharibədə iştirak etdiyimi heç zaman bildirməmişəm. Ancaq indi deyirəm ki, qazinin xırda biznesini dağıdırlar. Mən səhhətimlə bağlı ağır işdə çalışa bilmərəm. Bunun üçün qərara gəldim ki, kiçik biznes qurum. Vəsaitin yarısını kredit götürdüm, yarısını isə dövlətdən aldığım müavinəti uzun müddət yığmaqla ödədim. Ümumilikdə 50 min manat xərc çəkdiyim bu işi indi Səbail İcra Hakimiyyəti heç bir səbəb göstərmədən dağıdır”.

Müharibə iştirakçısının sözlərinə görə, çimərlik işi üçün Rahib adlı şəxsdən ərazi icarəyə götürüb: 2Bu işi qurmamışdan əvvəl icazə prosesini maraqlandım. Həmin ərazidə “Qağayı” çimərliyinin sahibi bildirdi ki, bu yerlər ona aiddir. İcarəhaqqını verməklə burada işləyə biləcəyimi dedi. Yəni lazımi bütün icazələr onun tərəfindən alınmışdı. Həmin şəxslə müqavilə imzaladıq. Bundan sonra mən ərazidə tikinti işlərinə başladım. Bu müddətdə heç kəs müdaxilə etmədi.

VÖEN və digər bütün sənədlərim yerində olduğu üçün Rahib də mənə problem yaşanmayacağını bildirdi. Lakin iş başlayandan 3 gün sonra bu halla rastlaşdıq. Mənim çimərliyimlə birgə “Qağayı” da söküldü. Lakin dedikləri bir söz oldu ki, müqavilə imzaladığım şəxsin çimərliyində antisanitar vəziyyət aşkarlanıb. Ancaq bu mənim əmlakımın dağıdılmasına əsas vermir. Qurumun bununla bağlı heç bir sənədi yox idi".

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, Salyan 32 ünvanında “Şıx çimərliyi” adlanan ərazidə araşdırılma aparılıb: “Sakinlər və turistlər tərəfindən edilmiş çoxsaylı şikayətləri nəzərə alaraq aparılan araşdırmalarda ərazidə gündəlik qanunsuz çimərlik fəaliyyətinin olması aşkar olunub. Qeyd olunan çimərlik sahəsi natəmizlik, antisanitar vəziyyət və böyük həcmdə məişət tullantılarının yığıldığı əraziyə çevrilib. Sözügedən ərazinin qanunsuz fəaliyyəti barədə müvafiq qurumlara tərəfimizdən müraciətlər də ünvanlanıb.

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, çimərlik sahəsində yığılan məişət tullantıları ərazidən təmizlənib və kustar üsulla hazırlanmış primitiv qanunsuz konstruksiyalar yığışdırılaraq ərazi əvvəlki vəziyyətinə qaytarılıb.

Həmçinin onu da qeyd edirik ki, yaxın sahədə İDEA tərəfindən yaradılmış müasir tələblərə cavab verən ictimai çimərlik fəaliyyət göstərir, sakinlərimizi və turistlərimizi yay çimərlik mövsümündə istirahətlərini orada keçirməyə dəvət edirik".

Qeyd edək ki, Məmmədov Röyal İsgəndər oğlu “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə”, “Vətən uğrunda” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Xəbər 1021 dəfə oxunub.




01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi


BÜTÜN XƏBƏRLƏR +