Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


27.03.2025  14:42 

Kiyevdə iftar süfrəsi açdılar - Fotolar





A+  A-

Kiyev şəhərində müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi verilib.

XəzərNews.az xəbər verir ki, Ukrayna-Azərbaycan Müharibə Döyüşçüləri Qardaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə şəhərin "Bakinskiy Veçir” restoranında təşkil olunan iftar mərasimində Kırım-Tatar Türklərinin lideri Mustafa Cəmil Kırımoğlu, Kırım -Tatar Məclis başqanı Refat Çubarov, Ukrayna Ali Radasının deputatları - Anatoliy Ostapenko, Boqdan Matkivskiy, Ukrayna Müdafiə Nazirliyi Baş Qərargahının zabitləri, siyasi disident Nəriman Cəlalov, Ukraynada döyüşən gürcü və çeçen batalyon komandirləri, azərbaycanlı əsgər və zabitlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Ukrayna-Azərbaycan Müharibə Döyüşçüləri Qardaşlıq Cəmiyyətinin sədri Vidadi İsrafilov dəvəti qəbul edən və iştirak edən hər kəsə təşəkkürünü bildirib. Ağır və şərəfli bu günlərdə Ukraynada yaşayan digər xalqların da Rusiya imperiyasına qarşı birlik və həmrəyliyini yüksək qiymətləndirən V.İsrafilov bu kimi tədbirlərin onları daha da sıx, həmrəy və güclü etdiyini söyləyib.

Tədbirdə çıxış edən Kırım-Tatar Türklərinin lideri Mustafa Cəmil Kırımoğlu bu müqəddəs günlərdə Ukraynanın işğal altındakı torpaqlarının azad olunmasını arzulayaraq gücün birlikdə olduğunu vurğuladı.

İftar mərasimində çıxış edən digər qonaqlar tədbirin təşkilində və həyata keçirilməsində zəhməti olan hər kəsə təşəkkürlərini bildirərək Ukraynaya qələbə arzuladılar.

Tədbirdə Ukrayna Milli Qvardiyası Komandanlığı tərəfindən Çeçen legionu komandirləri və “Kırım-Tatar Məclisi” müharibə dövründə göstərdikləri xidmətə görə "Fəxri fərmanla" təltif edildilər.









Xəbər 4538 dəfə oxunub.




03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +