“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı
Avtomobil alış-verişi adı ilə 21 min manatını ələ keçirdi
Prezidentin 8 yaşında çəkdiyi foto
“Neftçi“ Samir Abasovu istefaya göndərib
“Xarı Bülbül” şadlıq sarayında meyit tapıldı
Calaq düzgün edilmədiyi üçün qaz sızması baş verib - Açıqlama
Talış halallığına haram qatanlar
Partlayışda kimlər xəsarət alıb? - Fotolar


11.04.2023  10:05 

Yolun hərəkət hissəsində dayansanız... - Cərimələnəcəksiniz





A+  A-

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (​DYP) yolun hərəkət hissəsində dayanan avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib.

XəzərNews.az İdarəyə istinadla xəbər verir ki, müraciətdə deyilir:

"Aparılan təhlillər deməyə əsas verir ki, xüsusilə yaşayış məntəqələrindən kənarda nəqliyyat vasitələrinin təhlükəsizlik qaydalarına əməl etmədən yolun hərəkət hissəsində dayandırılması ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının baş verməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Nəqliyyat vasitəsi sıradan çıxdıqda və ya dayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habelə sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxud məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən sürücünün yerinə yetirməli olduğu vəzifələr qanunvericilikdə dəqiq göstərilsə də, təəssüf ki, bəzən sürücülərin bu qaydalara əməl etməməsi sonu faciə ilə bitən qəzaların baş verməsinə real zəmin yaradır".

"Hava və ya yol şəraitinin, nəqliyyatın hərəkət şiddətinin, məhdudiyyətli görünmənin, sutkanın işıqlı, yaxud qaranlıq olmasının fərqinə varmadan avtomobilini yolun hərəkət hissəsində dayandıran sürücünün özünün və onun səhlənkarlığı nəticəsində yolun hərəkət hissəsində avtomobildən düşməyə məcbur olan sərnişinlərin hansı təhlükə ilə ​ üz-üzə qalmasını təsəvvür etmək isə yəqin ki çətin deyil. Baş Dövlət Yol Polisi İdarəsi yuxarıda göstərilən səbəblərdən dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin baş verdiyini hərəkət iştirakçılarının diqqətinə çatdırır və bir daha sürücülərə müraciət edərək onları, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində dayanması və durması hallarında qanunla tələb olunan qaydalara əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağa çağırır" , - məlumatda qeyd olunub.

Xəbər 2495 dəfə oxunub.




23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək

22.11.2025  12:57 

Sabahın havası açıqlandı

22.11.2025  12:39 

Prezident açılışda iştirak edib


BÜTÜN XƏBƏRLƏR +