Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı
Avtomobil alış-verişi adı ilə 21 min manatını ələ keçirdi
Prezidentin 8 yaşında çəkdiyi foto
“Neftçi“ Samir Abasovu istefaya göndərib


31.08.2021  14:42 

ABŞ helikopterləri “Taliban”ın əlində - Video





A+  A-

Xəbər verdiyimiz kimi, 20 il əvvəl Əfqanıstana yollanan ABŞ qüvvələri dünən Kabili tam olaraq tərk edib.
XəzərNews.az-ın məlumatına görə, ABŞ Əfqanıstanda olduğu bu müddət ərzində bu ölkənin təhlükəsizlik qüvvələrinə təlimlər keçib və onları lazımi vasitələr ilə təchiz edib. Lakin indi sözügedən bu əfqan qüvvələrinin geri çəkilməsi nəticəsində “Taliban” hərəkatı milyardlarla dollar dəyərə malik hərbi nəqliyyat vasitələrinə, silahlara sahib olub.

ABŞ mediasında dərc edilən məlumatlara görə, ABŞ Əfqanıstanda olduğu 20 il ərzində əfqan qüvvələrinə təlimlər keçib və onları təchiz etmək üçün 83 milyard dollar xərc çəkib. Əfqanıstanın təhlükəsizlik qüvvələri isə bir güllə belə atmadan paytaxt Kabili “Taliban”a təslim edib.

Ölkə KİV-nin məlumatına görə, ABŞ 4 il əvvəl əfqan qüvvələrinə 208 təyyarə və 75 000 nəqliyyat vasitəsi verib. Bu vasitələrin əksəriyyəti hazırda “Taliban”ın əlinə keçib. Bu nəqliyyat vasitələri sırasında “Black Hawk” helikopterləri və “A-29 Super Tucano” hücum təyyarələri də var.

Hazırda bölgədə lentə alınan görüntülərdən aydın görmək olur ki, “Taliban” hərəkatı nümayəndələri ən müasir helikopterləri idarə etməyə nail olublar. Belə ki, sosial mediada yayılan görüntülərə əsasən, “Taliban” nümayəndələri Qəndahar səmasında ABŞ istehsalı “UH-60 Black Hawk” (Qara Şahin) helikopterləri ilə uçuşlar həyata keçirir. Bu helikopterin dəyərinin 6 milyon dollar olduğu bildirilir.

ABŞ silah-sursatları “Taliban” hərəkatının əlinə keçdikdə bir çox hərbi ekspert hərəkat nümayəndələrinin ABŞ-ın hərbi təyyarə və helikopterlərini idarə edə biləcək resurslara sahib olmadığını bildirirdi. Bu görüntülərin yayılması ilə ekspertlərin bu iddiası özünü doğrultmadı.



Xəbər 3537 dəfə oxunub.





24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək

22.11.2025  12:57 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +