“Neftçi“ Samir Abasovu istefaya göndərib
“Xarı Bülbül” şadlıq sarayında meyit tapıldı
Calaq düzgün edilmədiyi üçün qaz sızması baş verib - Açıqlama
Talış halallığına haram qatanlar
Partlayışda kimlər xəsarət alıb? - Fotolar
Güney azərbaycanlılardan şimala çağırış: Səsimizi ucaldın
Nərimanov rayonunda partlayış baş verib
“Napoli”- “Qarabağ” oyununu bu hakim idarə edəcək
Nazirin duruşu müzakirə yaratdı: Penitensiar Xidmətin açılış fotosu...
Keçmiş nazir Kiprdə hücuma məruz qalıb


10.01.2019  09:05 

“Guya, Mehman həbsdən çıxıb neyləyəcək?”





A+  A-

"Mən həmişə demişəm ki, açın, buraxın bunları. İlqar Məmmədovla bağlı yazırdılar. İlqar Məmmədov çıxıb, hə, neyləyir ki?"
XəzərNews.az xəbər verir ki, bu sözləri "Yeni-Müsavat"a müsahibəsində YAP-ın icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.

O, Mehman Hüseynovla bağlı son günlər baş verən proseslərə də münasibət bildirib:

"Vallah onun həbsdə saxlanılması... Guya o, həbsdən çıxıb neyləyəcək? Hüquqi dövlətdir. Ancaq elə məsələ var ki, insanları pis tərbiyə edir, insanları qanunu pozmağa, qanunun aliliyini tapdamağa yönəldir. YAP, AXCP, Müsavat, ADP, ya başqa təşkilatların üzvü olsun, fərqi yoxdur, qanunu pozmamalıdır. Düşünməməlidir ki, bu partiyanın üzvüyəmsə, qanun məni qoruyacaq. Xeyr! Qanun hamı üçün birdir, müəllim üçün də, həkim üçün də, jurnalist üçün də, blogger üçün də!

Xaricdə oturanlar Dilqəm haqqında bircə yazı yazmır. Hansı ki, ermənilər Azərbaycanın ərazisində ona ömürlük cəza veriblər və nə qədər işgəncələrə məruz qalır. Bir nəfər onunla bağlı yazı yazmır. Amma birdən-birə nə oldu Mehmana? Dilqəm öz torpağına, Kəlbəcərə ata-babasının qəbrini ziyarət etməyə getmişdi. Lakin “Washington Post”da, digərində bir adam onun məsələsini qaldırmır.

Kimliyindən asılı olmayaraq, dünyada ən mühüm hüquq mülkiyyət hüququdur. Bir misal çəkim: Peyğəmbərin əmisi Abbas var idi. Onun Məkkənin yanında torpağı var idi. Yığışıb dedilər ki, sən bu torpağı satmalısan. Razılaşmadı. Qazilər Şurası yığışdı, Abbasın xeyrinə qərar verdi ki, bura onun şəxsi mülkiyyətidir. Abbas ondan sonra ərazini bağışladı. Dedi, mən birinci hüququmu təsdiq etmək istəyirdim. Hər kəsin mülkiyyət hüququ var. Biri halal, digəri haram yolla qazanır. Amma haram yolu ilə qazananı ver məhkəməyə. Biri Rusiyada bizneslə məşğul olub, gəlib özünə ev tikib, sənə kim hüquq verir ki, həmin şəxsin mülkiyyətinə toxunasan? Yaxud deyir mən bloggerəm, jurnalistəm. Bunu hamı deyir. Birini işdən çıxarırlar, səhər deyir mən hüquq müdafiəçisiyəm. Onda mən də elan edirəm: ABŞ prezidentiyəm. Olur belə bir şey? Bu, bir sənədlə müəyyənləşməlidir də. Nə oldu, dünən prokurorluqda işləyirdin, bu gün oldun hüquq müdafiəçisi? Hava dəydi, yağış yağdı, oldun hüquq müdafiəçisi?"

Xəbər 2732 dəfə oxunub.




23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək

22.11.2025  12:57 

Sabahın havası açıqlandı

22.11.2025  12:39 

Prezident açılışda iştirak edib


BÜTÜN XƏBƏRLƏR +