Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı
Avtomobil alış-verişi adı ilə 21 min manatını ələ keçirdi
Prezidentin 8 yaşında çəkdiyi foto
“Neftçi“ Samir Abasovu istefaya göndərib


07.06.2017  14:16 

“Bu, Azərbaycan üçün mənfi təsirlərə səbəb ola bilər” - Partiya sədri





A+  A-

Qətərlə bağlı yaranmış böhrana hər bir ölkə öz iqtisadi və geosiyasi maraqlarından çıxış edərək yanaşır və mövqe nümayiş etdirir. Yaxın qonşularımızdan Rusiya bu məsələdə hələ ki neytral mövqe tutmağa üstünlük verir. Türkiyə isə tam əksinə, prosesə fəal şəkildə müdaxilə etməyi düşünür.
XəzərNews.az xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib. O qeyd edib ki, Azərbaycanın da kimin yanında yer alacağı sualı indi hər kəsi maraqlandırır. Bəs biz kimin mövqeyini dəstəkləməliyik: Səudiyyə Ərəbistanınmı, yoxsa Qətər dövlətininmi?

Ə. Hüseynovun fikrincə, biz hələ ki bu dövlətlərə münasibətdə heç bir real addım atmağa tələsməməliyik:
“Prosesləri anbaan diqqətlə müşahidə etməliyik. Çünki bu olduqca həssas məqamda tələm-tələsik və ölçülüb-biçilməmiş hər hansı bir addım atmağımız bizim əleyhimizə işləyə bilər. Körfəz ölkələrinin Qətərə qarşı demarşı Azərbaycan üçün mənfi təsirlərə səbəb ola bilər. İranda baş verən son olaylar da məsələnin nə qədər həssas və təhlükəli olduğunu göstərir. Odur ki, rəsmi Bakı soyuqqanlı, neytral mövqe nümayiş etdirməlidir. Azərbaycan Qətər məsələsində öz milli maraqlarından çıxış etməlidir”.
Partiya sədrinin fikrincə, böyük ehtimalla, Qətər böhranı tezliklə çözüləcək. Körfəz ölkələrində baş verən gərginlik Qətərin geri addım atması ilə həllini tapacaq: “Çünki bu böhranın böyüməsi, dərinləşməsi hal-hazırkı ABŞ administrasiyasının maraqlarına cavab vermir. Böhranı amerikalılar körüklədiyi kimi elə onlar da bu böhranı yaxın günlərdə yoluna qoyacaqlar”.

Elçin
XəzərNews.az


Xəbər 3647 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək

22.11.2025  12:57 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +