“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


29.07.2025  11:36 

Rusiyanın hücumu nəticəsində azərbaycanlı iş adamı biznesini itirdi





A+  A-

Ukraynanın Xarkov şəhərində azərbaycanlı iş adamının bütün əmlakı raket zərbələri nəticəsində darmadağın olub.

XəzərNews.az Report-a istinadla xəbər verir ki, əslən Azərbaycanın Şəki şəhərindən olan, 40 ildir Xarkovda yaşayan Rafiq Qədirovun böyük istirahət mərkəzi və avtobus parkı Rusiya ordusunun raket zərbələri nəticəsində tamamilə darmadağın olub, iş adamı bütün əmlakından məhrum olub.

"1986-cı ildən burada yaşayıb işləyirəm. 90-cı illərin əvvəlindən bu biznesi yaradıb, öz əllərimlə bu restoranı, yanında böyük istirahət mərkəzini və Xarkovda iri marşrut avtobus parklarından birini qurmuşdum. İstirahət mərkəzi o qədər böyük idi ki, müharibəyə qədər hətta Rusiyadan bura istirahətə gəlirdilər. Çünki buradan Belqoroda cəmi 25-30 kilometrdir. Amma artıq heç nə qalmayıb”.

O deyib ki, istirahət mərkəzinə müxtəlif ölçülü 10-dan çox raket düşüb, bütün restoran, istirahət mərkəzinin özü yerlə yeksan olub.

"Xoşbəxtlikdən çatdırıb adamları çıxara və ya sığınacağa doldura bildik və insan itkisi olmadı. Bu azmış kimi Rusiya ordusunun diversiya-kəşfiyyat hücumları zamanı yaxınlıqdakı avtobus parkım da dağıdıldı. Bura Rusiya ilə sərhədə çox yaxındır. Bütün əmlaklardan məhrum oldum. Zərər milyon dollarladır"- deyə, o, əlavə edib.







Xəbər 740 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +