“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


25.07.2025  13:19 

Ağstafada özbaşınalıq: Vətəndaşın qanuni torpağını başqasına satıblar





A+  A-

Ağstafa şəhəri, Heydər Əliyev prospekti, 53 ünvanında vətəndaş Elşən Musayevə məxsus torpaq sahəsi rayon sakini Mircəlal Mahmudov tərəfindən mənimsənilib. Qeyri-qanuni yollarla ələ keçirilən ərazi üzrə məhkəmə prosesinin davam etməsinə baxmayaraq tikinti işlər davam edir.

XəzərNews.az xəbər verir ki, zərərçəkmişin vəkili Emin Zeynalov 24.07.2025-ci il tarixdə Ağstafa rayon icra məmurlarının iştirakı ilə mübahisəli ünvanda məhkəmə qərarı ilə tikinti işlərinin dayandırılmasını bu işləri icra edən şəxslərə elan olunduğunu bildirib.

“Göründüyü kimi bu şəxslər məhkəmə qərarını nəzərə almırlar”,- deyən vəkil paylaşımına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyini də işarələyərək tədbirlər görülməsini xahiş edib.

Fotolardan da göründüyü kimi, ərazidə işin dayandırılması ilə bağlı məhkəmə qərarına baxmayaraq, tikinti qanunlara heç bir məhəl qoymadan davam etdirilir.

Ərazidə tikintinin dayandırılması ilə bağlı iyulun 18-də məhkəmə tərəfindən qərar qəbul olunsa da, 23 iyul gecə saatlarında texnikalarla ərazini qazdırıb dirəklər basdırıblar.

Təəssüf ki, məhkəmə icraçıları və aidiyyatı qurumlar isə prosesin qarşısını almaqda acizdir.

Qeyd edək ki, sözügedən ərazinin ilk sahibi Elşən Musayev torpağı 19 fevral, 2004-cü il tarxidə Ağstafa Bələdiyyəsindən alqı-satqı yolu ilə alıb, 19.09.2007-ci ildə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin plan ölçüsü” təsdiqlənib və nəhayət 08 oktyabr, 2008-ci ildə rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə tikintisinə icazə verilib. Lakin sonradan sözügedən ərazi qeyri-qanuni yollarla başqası tərəfindən ələ keçirilib.

Hazırda iş üzrə məhkəmə prosesi gedir.














Xəbər 2276 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +