Moskva üzərində 6 PUA məhv edilib
İranda güclü zəlzələ
Bərdə terrorundan 5 il ötür
Ukrayna bu ölkədən qırıcılar alacaq -Zelenski
Həyəcan təbili: quş qripi sürətlə yayılır
Kənan Heybətov dünya çempionu oldu
Ayfon işlədənlərin WhatsApp-ında problem: Statuslarda səs çıxmır
“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib


28.12.2023  15:01 

Tikinti şirkəti bu nazirliyə 17 milyon manatlıq mebel satacaq





A+  A-

Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Elm və Təhsil Nazirliyi tərəfindən mebel inventarlarının alınması məqsədilə keçirilən tender müsabiqəsinin qalibi “Vest-LTD” QSC (VÖEN- 2100393871) olub.
Nazirlik mebel inventarlarının alınması üçün qalib şirkətə 17 milyon 87 min 191 manat 14 qəpik vəsait ödəyəcək.

Qeyd edək ki, “Vest-LTD” QSC 14 aprel 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, m. 46” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Verdəliyev Şahin Əlimərdan oğludur.

Məlumat üçün bildirək ki, “Vest-LTD” QSC bu günə kimi dəyəri milyonlarla manat olan çoxsaylı tender müsabiqələrində qalib olub. “Vest-LTD” QSC əsasən təmir, tikinti və abadlıq işləri ilə bağlı tenderlərdə qalib olur. Şirkətin rəsmi saytı və sosial şəbəkə hesabları olmadığı üçün fəaliyyəti barədə ətraflı məlumat almaq mümkün deyil.

“Vest-LTD” QSC daha əvvəl də Elm və Təhsil Nazirliyinə mebel inventarı satıb. Belə ki, QSC 2022-ci ildə nazirliyə 16 milyon 930 min manatlıq, 2021-ci ildə isə 12 milyon 499 min manatlıq mebel inventarları satıb./Yeniavaz.com

Xəbər 2998 dəfə oxunub.




27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +