“Bolmart”da əməliyyat: Rəsmi açıqlama yoxdur
Ramiz Mehdiyevin gizli məktubu üzə çıxıb - Foto/Fakt
Monteneqroda azərbaycanlı və türklər saxlanıldı
General Saleh Səmədova medal veribmiş - FOTO
Gömrük polkovniki küçədə adam döydü - Video
Paytaxtda 15500 manat oğurlayan şəxs saxlanılıb
Tramp inanır ki... - Rusiya - Ukraynada müharibəsinə son qoya bilər
Orxan Mürsəlovun sabiq müavininin həbsi tələb edildi
“Yelo Bank”a neçə dəfə maliyyə sanksiyaları tədbiq edilib?
YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO


01.10.2023  10:38 

Aqil Abbas ermənilərdən niyə üzr istəyir?





A+  A-

Biz Murovdan ayaqyalın, başıaçıq, piyada, qucaqlarımızda donan körpələrlə gəlmişdik. Sizi öz maşınınızla, unitazınızla, qarşokunuzla, qucağınızda körpələrlə yola saldığımıza və cocuqlarınıza şokolad, su, ərzaq payladığımıza görə üzr istəyirəm.

Evlərimizi yandırdınız, yağmaladınız, şəhər və kəndlərimizi darmadağın elədiniz, qəbirlərimizi dağıtdınız, ölülərimizi insanlığa sığmayan təhqir etdiniz. Evlərinizi yağmalamadıq. Şəhərlərimizə, Ağcabədiyə, Ağdama, Tərtərə, Füzuliyə minlərlə raket atdınız. Şəhərlərinizi dağıtmadığımıza , ölülərinizin gorunu eşmədiyimizə görə üzr istəyirəm.

Qızlarımızı, qadınlarımızı zorladınız, anaların gözləri önündə oğullarımızın başını kəsdiniz. Yazar Zori Balayan 6 yaşlı qızcığazı divara mismarlayıb dərisini soyub necə ləzzətlə öldüyünü seyr etdiyinə görə, biz balalarınızı öldürmədiyimizə görə, analarınızın gözü qarşısında oğullarının başını kəsmədiyimizə görə üzr istəyirəm.

Mən də yazaram. Balayandan da yaxşı yazaram. Amma mən «Qar üstündə qan çiçəyi» əsərimdə Komandirim 18 yaşlı erməni əsgəri görür donub ölür, öz əsgərinin ölməyinə baxmayaraq, onu bağışlayır ki, get yaşa. Buna görə üzr istəyirəm. «Dolu» romanımda erməni qızını Drakon əsgərlərə zorlamağa qoymadığına görə üzr istəyirəm.

1992-ci ildə Əsgəranda Ağdam uşaqları mənə güllələmək üçün hədiyyə etdikləri erməni əsgərini güllələmədiyimə, sağ buraxdığıma görə üzr istəyirəm.

Bütün tarixi abidələrimizi, məbədlərimizi, məscidlərimizi yandırdınız, içində donuz saxladınız, biz isə Bakıdakı erməni kilsəsini yandırmadıq. Yandırmadığımız cəhənnəm, heç içinə işəmədiyimizə görə üzr istəyirəm.

Əsgərana, Martuniyə, Ağdərəyə, Hadruta bircə dənə bomba atmadığımıza görə üzr istəyirəm.

Sizi sağ-salamat yola saldığımıza görə, polislərimiz uşaqlarınıza, cocuqlarınıza ərzaq yardımı, su, hətta benzin verdiyinə görə üzr istəyirəm.

Və sonda. Sizə işıq, yanacaq, ərzaq, dərman verdiyimizə görə şəhid analarından və şəhidlərin ruhundan üzr istəyirəm.

Həm də bunu yazdığıma görə oxuculardan üzr istəyirəm.

Aqil Abbas

adalet.az/

Xəbər 3015 dəfə oxunub.




27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu

27.10.2025  10:15 

“Report“ 11 yaşında

27.10.2025  00:41 

İranda güclü zəlzələ


BÜTÜN XƏBƏRLƏR +