“Bolmart”da əməliyyat: Rəsmi açıqlama yoxdur
Ramiz Mehdiyevin gizli məktubu üzə çıxıb - Foto/Fakt
Monteneqroda azərbaycanlı və türklər saxlanıldı
General Saleh Səmədova medal veribmiş - FOTO
Gömrük polkovniki küçədə adam döydü - Video
Paytaxtda 15500 manat oğurlayan şəxs saxlanılıb
Tramp inanır ki... - Rusiya - Ukraynada müharibəsinə son qoya bilər
Orxan Mürsəlovun sabiq müavininin həbsi tələb edildi
“Yelo Bank”a neçə dəfə maliyyə sanksiyaları tədbiq edilib?
YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO


07.08.2019  12:09 

Kiberterrorizmin aşkarlanmasında sosial şəbəkə analizi





A+  A-

Bu gün ölkəmizdə ictimai həyatın elə bir sahəsi yoxdur ki, İKT-nin nailiyyətlərindən istifadə olunmasın. Yəni dövlət tərəfindən müasir texnologiyaların inkişafına böyük sərmayələr qoyulur.

Hazırda üç peyki olan Azərbaycan dünyada kosmik ölkələr sırasına daxil olan nadir dövlətlərdəndir. Respublikamızda informasiya texnologiyalarının yeniliklərindən geniş istifadə olunduğunu vurğulamaq lazımdır. Lakin bu sahədə inkişaf heç də həmişə problemsiz ötüşmür. Bizim üçün təhlükəli olan informasiyaların əldə olunması asanlaşır. Həmin məhdudiyyətsiz məlumat bolluğunun qurbanları isə əsasən gənclərdir. Bu kimi halların qarşısını almaq məqsədilə internetin, sosial şəbəkələrin ancaq müsbət imkanlarından istifadə etmək lazımdır. Bu sahədə ictimai maarifləndirilmə isə mühüm əhəmiyyət kəsb edir.

Müasir dövrdə kriminal qruplar təkcə real aləmdə deyil, həm də virtual mühitdə dövlət və cəmiyyət əleyhinə müxtəlif məqsədli (milli mentalitetə qarşı, mənəvi dəyərləri sarsıdan və s.) bədniyyətli fəaliyyətlərini həyata keçirirlər.

Kiberterrorizm bu gün milli təhlükəsizliyə ən böyük təhdidlərindən biridir. Hazırda terrorist qrupların sosial şəbəkələrlə ünsiyyət qurması mümkündür. Sosial şəbəkələrdən istifadənin artması müəyyən problemlər yaradır. Bu problemlərdən ən əsası informasiya təhlükəsizliyidir. Kiberterrorizmin aşkarlanmasında sosial şəbəkə analizinin xüsusi rolu vardır.

Sosial şəbəkənin fəaliyyəti isə stixiya, təsadüfi mövzular, fərdi və qrup maraqları üzərində formalaşır. Onun məqsədi həqiqi ictimai rəy formalaşdırmaq deyil, informasiya ötürücülüyü də qeyri-peşəkar və sistemsizdir. Bütün bunlar öz yerində.
Narahatlıq doğuran odur ki, dünyada irili-xırdalı pozucu dairələr informasiya məkanının mötəbərliyini qoruyan, bununla da ciddi rəqabətdə özünü sığortalamağa çalışan ənənəvi media vasitələrinə yol tapa bilməyəndə, hələlik beynəlxalq hüquq normaları ilə qorunmayan, müəyyən mənada “qapıları hamının üzünə açıq olan” sosial şəbəkəyə üz tutur.

Belə pozucu ünsürlərin yalan, böhtan və qərəz yüklü informasiyaları sosial şəbəkədə, bir çox halda, maneəsiz yayılır. Sosial şəbəkələri “sosial media” kimi tanıtmağa və qəbul etdirməyə çalışanlar da belə bədniyyətli pozucu mərkəzlər və qüvvələrdir.

Sosial şəbəkə bu səbəbdən vaxtaşırı beynəlxalq aləmdə, eləcə də Azərbaycan gerçəkliyində bəzən mənəvi epidemiya yayıcısına çevrilir, cəmiyyətdə zərərli viruslarla yoluxmuş ictimai rəy yaradır, beyinlərdə və düşüncələrdə zərərli toxumlar əkir.

Beləliklə, ənənəvi mediada informasiya mötəbərlik keyfiyyəti qazanıb qurucu enerjiyə çevrilirsə, sosial şəbəkədə yalan, böhtan və şərlə emal olunmuş “informasiya” həqiqət dəyərini itirir, beyinləri dumanlandırır, ictimai rəyi çaşdırır. Bununla da təhlükə mənbəyinə çevrilir, insanların mənəviyyatına aqressiv enerji verir. Bütün bu proseslərin idarə olunmasında isə gənclərin rolu böyükdür. Çünki sosial şəbəkələrin əsas istifadəçiləri də məhz gənclərdir.

Gəncləri isə yalnız maarifləndirmə yolu ilə dövlətin milli maraqlarının müdafiəsinə cəlb etmək mümkündür.

“Paradiqma” İctimai-Siyasi Tədqiqatlar
İctimai Birliyinin Analitik Qrupu


Bu məqalə “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərin internet səhifələrində, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsinə cəlb edilməsi” layihəsi çərçivəsində hazırlanıb.






Xəbər 2577 dəfə oxunub.




27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu

27.10.2025  10:15 

“Report“ 11 yaşında

27.10.2025  00:41 

İranda güclü zəlzələ


BÜTÜN XƏBƏRLƏR +