İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir


01.05.2018  12:09 

Din xadimlərinə bu məbləğdə maaş VERİLƏCƏK





A+  A-

"Din xadimlərinə maddi dəstək verilməsi üçün Prezident İlham Əliyev tərəfindən Mənəvi Dəyərlərin Təbliği Fonduna vəsait ayrılıb".
XəzərNews.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, fond Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə dəstək alacaq din xadimlərinin siyahısını müəyyənləşdirib: "Həmin siyahıya uyğun olaraq Qafqaz Müsəlmanları İdarəsinin məscidlərdə təyin etdiyi mütəvəlli, imam naib və imamlar üçün açılmış bank hesablarına, karlarına maaş köçürüləcək. Fevralın axırından vəsait ayrılıb. İndi may ayıdır, amma vəsaitlər mart ayından ödəniləcək".

Dövlət Komitəsinin sədri əlavə edib ki, Bakı və Bakıətrafı ərazilərdə siyahılar tam hazırdır, Naxçıvan da siyahıları təqdim edib: "Hesab edirəm ki, bu günlərdə maddi dəstəyin verilməsinə başlanacaq".

M.Qurbanlının sözlərinə görə, təyinatı olan və maddi dəstək alan din xadimlərinin sayı 1000 nəfərdən çoxdur: "Rəsmi təyinatı olan din xadimləri dəstək alacaq. Bu din xadimləri ilə Mənəvi Dəyərlərin Təbliği Fondu arasında müqavilə imzalayıb. Müqavilədə maddi dəstəyin hansı şərtlər daxilində verildiyi qeyd olunub. Həmin din xadimlərinin mənəvi dəyərlərə töhfəsi də nəzərə alınıb. Maddi dəstək alan din xadimlərinin iş rejiminə Qafqaz Müsəlmanları İdarəsi və fond tərəfindən nəzarət ediləcək. Burada kiminsə kənardan dəstək alması ehtimalı yoxdur və mümkün də deyil. Yəni burada yalnız Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası tərəfindən rəsmən təyin olunan 3 kateqoriyadan olan din xadimlərinə maddi dəstək nəzərdə tutulur - mütəvəlli, imam naib və imam".

O bildirib ki, din xadimlərinə veriləcək maaşların məbləği də Maliyyə Nazirliyi tərəfindən təsdiqlənib: "Mütəvəlli 200-250 manat, imam naiblər 300 manatdan artıq, imamlar isə 400 manat alacaq. Naxçıvanda da 200-ə yaxın məsciddə çalışan, bu kateqoriyadan olan şəxslər müəyyənləşib. Artıq din xadimləri müəyyənləşib ki, onlar da bu formada maddi dəstək alacaqlar".

Xəbər 3049 dəfə oxunub.




28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +