Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


24.01.2025  14:07 

Hökumə Əliyevanın qəbürüstü abidəsi hazırlanır - FOTO





A+  A-

"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın qəbürüstü abidəsi hazırlanır.

XəzərNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın atası Cəlil Əliyev bildirib.

O deyib ki, artıq qəbirüstü abidənin hazırlanmasına başlanılıb: "Mənə AZAL-dan zəng etmişdilər. Bildirdilər ki, Hökumə Əliyevaynın qəbri üzərində büst ucaldılacaq. Büst altı ay və yaxud bir il ərzində hazır olacaq".

Cəlil Əliyev vurğulayıb ki, büstdə Hökumənin fotosunun fonunda təyyarə və Milli Qəhrəmanın döş nişanı əksini tapacaq.

Qeyd edək ki, Hökumə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcərin Susuzluq kəndində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Daha sonra təhsilinin magistr və doktorantura pillələrini tamamlayıb. 2016-cı ildən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi, sonralar isə stüardessa kimi işləməyə başlayıb.

Ötən il dekabrın 25-də baş vermiş təyyarə qəzasında həlak olan Hökumə Əliyeva ll Fəxri xiyabanda dəfn edilib.



Xəbər 4949 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +