Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


22.10.2025  13:58 

Mehdiyev ailəsinin “baş kassiri” kimdir?





A+  A-

Azərbaycanın uzun illər ən güclü köhnə elitasını formalaşdıran Ramiz Mehdiyev təkcə administrasiyada deyil, maliyyə sektorunda da ailə-nəsil modeli ilə özünə güc infrastrukturu qurmuşdu.

Ramiz Mehdiyevin həbsi yalnız siyasi fiqurun məsuliyyətə cəlb olunması deyil, onun illərlə qurduğu ailədaxili maliyyə şəbəkəsinin də üzə çıxmasına səbəb oldu. Köhnə sistemin klassik mexanizmi olan “qohumlar vasitəsilə nəzarət” Mehdiyevlərin də siyasi immunitetinin açarı idi. Bu şəbəkənin mərkəzində isə uzun illərdir ictimaiyyətə “bankir” obrazı ilə təqdim edilən, əslində isə ailənin maliyyə nəzarətçisi kimi çıxış edən şəxs – Rza İsmayıl oğlu Sadiq dayanır.

Rəsmi sənədlərə görə, Rza Sadiq “Bank BTB”nin Müşahidə Şurasının sədridir və 19 faiz paya sahibdir.

Lakin bu rəqəmlər sadəcə formal görüntüdür. Bankın əsas səhmdarı Ramiz Mehdiyevin gəlini, Tibb Universitetinin Onkoloji Klinikasında direktor müavini olan Nigar Mehdiyevadır. O, bank səhmlərinin 74,98 faizinə sahibdir.

Məlumatlardan aydın olur ki, ailənin kapitalı hüquqi olaraq gəlində, faktiki idarəetmə isə quda xəttindən gələn Rza Sadiqin əlində cəmləşdirilib. Rza Sadiq Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mexanika kafedrasının müdiri olmuş İsmayıl Sadiqovun oğludur. İ.Sadiqov Nazirlər Kabinetində şöbə müdiri vəzifəsində də çalışıb.

Bu, klan idarəçiliyinin klassik modelidir: resurs ailədən kənara çıxmır, amma formal görünüşdə biznes kimi təqdim edilir.



Rza Sadiqin rəsmi bioqrafiyası “uğur hekayəsi” kimi təqdim olunur, xaricdə MBA təhsili, beynəlxalq bankda baş mütəxəssis kimi fəaliyyət, ardınca özəl sektorda “sürətli yüksəliş” və s. Amma gerçək mənzərə tam fərqlidir. O, nə təsadüfən seçilmiş menecerdir, nə də bazarda rəqabətlə formalaşmış maliyyəçi. O, Ramiz Mehdiyevin qudasının oğludur və illərlə Mehdiyev ailəsinin yığdığı kapitalın əsas müdafiəçisi, daşıyıcısı və idarəedicisi kimi çıxış edib. Başqa sözlə, bank sisteminin arxasında siyasi ailənin şəxsi kassir mexanizmi dayanır.

“Bank BTB”nin 2010-cu ildə yaradılması da təsadüfi deyildi. Bu dövr Ramiz Mehdiyevin hakimiyyət daxilində ən güclü olduğu zamanlara təsadüf edir. Bank heç vaxt açıq bazar iqtisadi modelinə uyğun fəaliyyət göstərməyib, nə kütləvi müştəri auditoriyası formalaşdırılıb, nə də real rəqabət strategiyası qurulub. Çünki məqsəd bankçılıq deyildi, məqsəd ailənin kapitalını sistem içində qorumaq və yönləndirmək idi.

Bu gün ən mühüm sual budur: Ramiz Mehdiyevin kapitalı, talamaqla topladığı sərvət haraya daşınıb və kimlərin nəzarətindədir?

Bu sualın cavabı ailənin maliyyə arteriyasının mərkəzində duran Rza Sadıqın rolunu daha aydın göstərir. Onun adı məmur karyerası ilə deyil, ailənin böyük pullarının hərəkət trayektoriyası ilə bağlıdır. Bu səbəbdən də Mehdiyevin həbsi təkcə siyasi məsələ kimi yox, həm də kapital şəbəkəsinin açılmasına gedən ilk mərhələ kimi dəyərləndirilir.

Əgər Ramiz Mehdiyev illərlə siyasi “beyin” idisə, onun pullarını qoruyan və yönləndirən “əl” – Rza Sadiq idi.

Bu şəbəkənin tam açılması üçün indi növbəti mərhələ məhz həmin kapitalın izinə düşmək olacaq. Çünki siyasi toxunulmazlıq bitəndə iqtisadi toxunulmazlıq da uzun müddət davam edə bilməz./Sfera.az



Xəbər 2440 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +