Yunanıstan və Ukrayna razılaşdı: Qaz tədarükü...
Prezidentin Özbəkistana səfəri başa çatıb
İstanbuldan ÜZÜCÜ XƏBƏR
Odessada “2020-də 44 gün” kitabının təqdimatı təxirə salındı – Səbəb?
Quzu ətinin qiyməti 30 manatı keçdi
Yüksək dağlıqda sirli bir göl
Adnan Əhmədzadənin xanımı Londona niyə gedib?
Hüseyn Məhəmmədoğlu xanım izləyicisini təhqir etdi
Rus ordusu növbəti yaşayış məntəqəsini ələ keçirib
Ukraynada dəhşət: Pullar…


01.11.2019  08:52 

Yaddaşı möhkəmləndirən şirələr





A+  A-

Həddən artıq yüklənmələr, yüksək stress və yaşlanma – bütün bunlar bizim yaddaşımızı zəiflədir. Xoşbəxtlikdən elə içkilər var ki, onlar bu prosesi ləngitməyə imkan verir.
XəzərNews.az həmim şirələri təqdim edir:

Kök şirəsi

Kökü yalnız salat və şorbalara qatmaqla ondan istifadəni məhdudlaşdırmaq lazım deyil. Bu tərəvəzin tərkibində olan beta-karotin yaddaş üçün çox faydalıdır. Bu oksidant iltihabdan müdafiə edir və intellekti möhkəmlətməyə şərait yaradır. Bundan başqa, kök şirəsi təbiətinə görə şirindir, gün ərzində 1-2 stəkan içmək sizə xoş gələr.

Tomat şirəsi

Tomat dünyanın bir sıra milli mətbəxində əsas inqrediyentlərdəndir. Pomidorun tərkibində beyin hüceyrələrini müdafiə edən antioksidant – likopin mövcuddur. O, həmçinin arterial təzyiqi aşağı salır, dərinin sağlamlığını və parlaqlığını qoruyub saxlayır. Nəhayət, pomidor A və C vitaminlərinin zəngin mənbəyidir.

Nar şirəsi

Beyin hüceyrələrinin fəaliyyəti üçün oksigen və nutriyentlər (qida maddələri) tələb olunur. Nar şirəsi qan dövranının yaxşılaşmasına və beynin qanla təminatına şərait yaradır. Deməli, bir stəkan nar şirəsi çox faydalıdır.

Çuğundur şirəsi

Bu şirə də oksigen və nutriyentlərlə zəngin qanın beyinə ötürülməsini təmin edir. Bundan başqa, çuğundur şirəsi tərkibindəki azot oksidləri sayəsində beyni yaxşı vəziyyətdə saxlayır və yaddaşı möhkəmləndirir. Həmçinin arterial təzyiqi azaldır.

Giləmeyvəli smuzi

Müxtəlif giləmeyvələrin tərkibində faydalı komponentlər mövcuddur. Bunlar həm də smuzi üçün çox dadlı komponentlərdir. Bu içkini hazırlayarkən bir dəfəyə giləmeyvənin bir neçə növündən istifadə edin.

Xəbər 3234 dəfə oxunub.




16.11.2025  20:50 

Avtomobil dərəyə aşdı

16.11.2025  20:47 

İstanbuldan ÜZÜCÜ XƏBƏR

15.11.2025  17:23 

Yüksək dağlıqda sirli bir göl

15.11.2025  13:13 

Ukraynada dəhşət: Pullar…

15.11.2025  13:00 

Sabahın havası necə olacaq


BÜTÜN XƏBƏRLƏR +