İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir


01.05.2025  18:09 

Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb





A+  A-

Mart ayı ərzində Ukraynanın dövlət borcu 103,48 milyard UAH (2,64 milyard dollar) artıb.

XəzərNews.az xəbər verir ki, bu barədə mayın 1-də Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, martın sonuna dövlət borcu 7 123,25 milyard UAH və ya 171,73 milyard dollar təşkil edib.

Bu məbləğə xarici borc (5211,71 milyard UAH / 73,16%) və daxili borc (1911,54 milyard UAH / 26,83%) daxildir.

Maliyyə Nazirliyi qeyd edib ki, dövlət borcunun məbləği Ukraynanın kredit götürdüyü valyutada borc öhdəliklərinin ödənilməmiş nominal dəyəri əsasında hesablanır.

Dövlət və dövlət zəmanətli borc Ukrayna Milli Bankının hesabat dövrünün son gününə olan məzənnəsi ilə qrivna və ABŞ dolları ilə müəyyən edilir və həmin gün üzrə əməliyyatlar daxildir.

Xəbər 2102 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +