Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


11.04.2022  14:20 

Qüdsi Osmanovun əclaf dediyi kimidir: Türkiyədəki səfirimiz, yoxsa?





A+  A-

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Türkiyədəki səfirimiz, diplomatik korpusumuz barədə ağır ifadələr işlədib.

XəzərNews.az Bakupost.az-a istinadən xəbər verir ki, o, Ukraynadan təxliyə olunmuş azərbaycanlılarla İstanbul aeroportunda görüşüb və bu barədə video paylaşıb.

Həmin videoda soydaşlarımız Türkiyədəki səfirliyimiz barədə şikayət edib, onların diqqətsizliyindən gileylənib.

Q.Osmanov isə ad çəkməsə də, səfirliyimiz barədə kəskin ifadələr işlədib: “Onlar hamısı öz cəzasını alacaq. Dövlət heç kimi boş buraxmır, dovşanı arabayla tutur. Əgər dünən burada bir əclaf sizi qarşılasaydı, düzgün söhbət etsəydi, indi burda problem olmazdı. Xeyli adam Bakıya çatardı. ”

Səfir daha sonra soydaşlarımıza səbirli olmağa çağırıb: “Sizin özünüz həmin adamlardan dəyərlisiniz. İnsanın dəyəri vəzifəsilə ölçülmür. İnsanlara münasibətilə ölçülür. Bizin Prezidentimiz gedib kənd adamının əlini öpür, onlara ehtiramını bildirir. Mən də Prezidentin nümayəndəsi kimi sizin yanınızdayam. Siz yaramaz adamlara fikir verməyin”.

Bu videonu Müsavat Media qrupunun rəhbəri Rauf Arifoğlu özünün feysbuk hesabında paylaşaraq, Q.Osmanovun haqlı olduğunu bildirib, Türkiyə və Ukraynadakı səfirlərimizi müftəxor adlandırıb: “Ankarada böyük səfirliyimiz, İstanbulda çoxştatlı konsulluğumuz olduğu halda, Moldova səfiri Qüdsi Osmanov gedib İstanbulda müharibə qaçqınlarının problemlərini həll edir. Heç nəyə yaramayan diplomat və müftəxor XİN çalışanlarını sistemdən uzaqlaşdırmaq lazımdır. Fərarilik edib, Kiyevdən qaçan Elmira Axundova hələ də Ukrayna səfiridir! Hələ də səfir kimi yüksək maaş alır! Belə olmaz axı!!! Bu yaramazları, öz vəzifəsinin öhdəsindən gələ bilməyənləri hələ də iş başında saxlamağın anlamı nədir! Fövqəladə durumlarda adekvat olmayan bütün dövlət kadrosu yenilənməlidir!”.



Xəbər 7052 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +