Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


05.04.2022  10:10 

Azadlığa çıxan gömrükçülərlə bağlı - Protest





A+  A-

Baş Prokurorluq rüşvət ittihamı ilə həbs edilən və məhkəmədə şərti cəza alaraq azadlığa çıxan gömrükçülərlə bağlı protest verib.

XəzərNews.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektorları vəzifəsində işləmiş Elmar Mirzəyev, Orxan Zöhrabov, Emin Xəlilov və Azər Baxşıyev, həmin şöbənin inspektorları vəzifəsində işləmiş Sadiq İsgəndərov və Rəfael Əzizov, «İpək Yolu» gömrük postunda inspektor işləyən Mirağa Ağayev və «Global Broker» MMC-nin direktoru olmaqla «D2D Logistics» MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun ölkə ərazisinə idxal olunmuş malların gömrük rəsmiləşdirilməsinin sürətli icra edilməsinə şərait yaradılması müqabilində rüşvət almalarına əsaslı şübhələr müəyyən olunduğundan cinayət işi başlanılmışdı. İş üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi.

Məhkəmənin hökmü ilə Elmar Mirzəyevə 5 il, Sadiq İsgəndərov, Rəfael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev və Ceyhun Şabanova 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib, Orxan Zöhrabova təyin edilmiş 4 il azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş və 1 il sınaq müddəti təyin edilmiş, Mirağa Ağayevə isə bəraət verilib.

5 apreldə dövlət ittihamçısı tərəfindən həmin hökmdən iş üçün əhəmiyyət kəsb edən faktiki halların nəzərə alınmaması, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması əsasları ilə apellyasiya protesti verilib.

Xəbər 3186 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +