Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


21.11.2025  17:34 

Vaşinqtonun sülh planı narazılıq yaradıb?





A+  A-

Vaşinqtonun hazırladığı 28 maddəlik sülh planını Ukraynaya qəbul etdirmək üçün təzyiqi artırdığı barədə məlumatlar yayılıb.

XəzərNews.az xəbər verir ki, siyasi şərhçi Elxan Şahinoğlunun fikrincə, bu vəziyyət Ukrayna Prezidenti Volodimir Zelenskini yenidən çətin seçim qarşısında qoyur:

“Məlumata görə, plan Ukraynanın maraqlarını nəzərə almır və Ağ Ev Kiyevi faktiki olaraq Rusiya qarşısında geri addım atmağa sövq edir. Zelenski bu plana razılıq verə bilməz, lakin eyni zamanda ABŞ Prezidenti Donald Trampa açıq şəkildə “yox” deməsi də siyasi gərginliyi artıracağı üçün mümkün görünmür. Bu səbəbdən Ukrayna liderinin prosesi uzatmağa, “təkliflərin müzakirə ediləcəyi” kimi yumşaq ifadələrlə vaxt qazanmağa çalışacağı güman edilir”.

E.Şahinoğlu qeyd edib ki, Kreml də Trampın təklifindən məmnun deyil: “Səbəblərdən biri planın “dondurulmuş Rusiya aktivlərinin 100 milyard dollarının Ukraynanın yenidən qurulmasına yönəldilməsi” bəndidir. Bundan əlavə, plana əsasən Rusiya beş bölgə istisna olmaqla nəzarət etdiyi digər ərazilərdən imtina etməli olacaq. Xerson və Zaporojyenin yarısının hazırda Ukraynanın nəzarətində olduğunu nəzərə alsaq, Moskva bu bölgələrdən geri çəkilməsini öz cəmiyyətinə izah etməkdə çətinlik çəkə bilər.

Kremlin planla bağlı açıq mövqe nümayiş etdirməməsi isə Kiyevin xeyrinə qiymətləndirilir. Eyni zamanda Avropa İttifaqı da Trampın sülh planının reallaşmaması üçün səylərini artıracağı gözlənilir”.



Xəbər 1212 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +