Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


29.11.2019  13:43 

Noyabrın son günü üçün hava





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 30 noyabrda gözlənilən hava şəraitini açıqlayıb.
Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 12-16, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Noyabrın 30-da hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 30-da Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq yarada bilər.

Xəbər 3417 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +