Kanada Netanyahunu həbs edəcək
Prezidentlərin təkbətək görüşü olub
İsa Həbibbəylidən qızı ilə bağlı açıqlama
Makron Tramp-Putin görüşünü alqışlayır, amma...
PUA-lar Rostovu vurdu
Mərhum nazirin ailəsinə ağır itki üz verib
Akademikin qızının 1 milyon avrosu ələ keçirilib?
Səbaildə qəzalı bina təhlükə saçır, qurumlar susur - Foto
Poliklinika var, amma rentgen aparatı işləmir
Toyuna sayılı günlər qalırdı... - Meyiti tapıldı


16.04.2018  12:08 

Bakıda qaz niyə yoxa çıxıb?





A+  A-

Həftəsonu paytaxt sakinləri üçün sözün əsl mənasında işgəncəyə çevrilib. Küləkli havada bayıra çıxmamağa üstünlük verən əhali bu dəfə də evdə kiçik “sürpriz”lə qarşılaşıb. Belə ki, səhər saatlarından paytaxtın əksər rayonlarında, həmçinin Bakı ətrafı qəsəbə və kəndlərdə qazın verilməsi dayandırılıb.
Mavi yanacaqsız qalan əhali sosial şəbəkələrdə #qazımızhanı həştəqi ilə paylaşımlar edib, öz etirazlarını bildiriblər. Hətta bununla bağlı “Azəriqaz”ı məhkəməyə vermək təklifləri də səslənib.

XəzərNews.az bildirir ki, “Qafqazinfo” məsələylə bağlı “Azəriqaz” İB mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqə saxlayıb. O isə kütləvi halda şəhərdə qaz probleminin olması haqda xəbərləri təkzib edib. Bildirib ki, fərdi mənzillər istisna olmaqla, paytaxt və ətrafı kəndlərində qazın verilməsində hər hansı bir fasilələr yaranmayıb:

Hər hansı bir ərazidən müraciətlər daxil olursa, bu, o demək deyil ki, ümumi şəhərdə qazın verilməsində problem var. Ötən iki gündə hava temperaturunun kəskin aşağı düşməsi mavi yanacağa olan tələbatı artırıb. Dəqiq sərfiyyata baxsaq, qazın verilməsində 2 milyon 856 min kub metr artım olub. Bundan sonra da tələbat artdıqca, qazın verilməsi də artırılacaq. Odur ki, qaz paylayıcılarında tənzimləmə işləri aparılıb və hazırda fərdi şəkildə müraciətlər istisna olmaqla ölkədə təbii qazla bağlı hər hansı bir problem yaşanmır. Qazın təziqi ilə bağlı problem yaşayanlar isə birliyin çağrı mərkəzinə müraciət edir və problem operativ qaydada öz həllini tapır”.

Xəbər 3276 dəfə oxunub.




21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +