Camaat ət ala bilmir, çox bahadır - Video
Polis İdarəsinə basqına görə 27 nəfər saxlanılıb
Ukraynanın keçmiş xarici işlər naziri ölkəni niyə tərk edib?
İsrail Qəzzada atəşkəs təklifini qəbul etdi
“Azərpoçt“ adından vətəndaşlara qarşı dələdəuzluq
Kino Agentliyinin 792 minlik tenderi ləğv edildi
Bakı bulvarında dənizdən meyit tapıldı
Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı
İran gəmiləri Rusiya limanlarında saxlanılıb
Məşhur turizm şirkətindən 500 minlik dələduzluq


14.07.2025  10:18 

“Azərenerji”nin 300 milyonluq borcu niyə yaranıb?





A+  A-

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 2024-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatlarını təqdim edib.

Hesabata əsasən, şirkətin gəlirləri azalsa da, xərclərə daha effektiv nəzarət nəticəsində mənfəət göstəriciləri ötən illə müqayisədə demək olar ki, stabil qalıb.

2024-cü ildə “Azərenerji” ASC-nin enerji satışı üzrə gəlirləri 255,6 milyon manat (15,2%) azalaraq 1 milyard 430 milyon manat təşkil edib.

Elektrik şəbəkəsinə qoşulma haqları 1,2 milyon manat olub ki, bu da illik 1,8 milyon manat (59,3%) azalmadır. Digər satışlar isə 10 dəfə artaraq 37,5 milyon manata çatıb.

Nəticədə, cəmi gəlirlər 1 milyard 468 milyon manat təşkil edib. Bu da son bir il ərzində 223,7 milyon manat (13,2%) azalma deməkdir.

Əməliyyat Xərcləri:

2024-də “Azərenerji”nin yanacaq xərci 123,4 milyon manat (15,3%) azalaraq 686 milyon manat olub.

Köhnəlmə və amortizasiya xərcləri 14,3 milyon manat (5,1%) artaraq 293 milyon manata çatıb.

İşçi xərcləri 21,4 milyon manat (20,4%) artaraq 126 milyon manat təşkil edib.

Təmir və texniki xidmət xərcləri 53,3 milyon manat (44,3%) azalaraq 67 milyon manat olub.

Mənfəət vergisindən başqa digər vergilər 600 min manat (2,2%) azalaraq 26,3 milyon manat təşkil edib.

Xammal və materiallar xərcləri 6 milyon manat (28%) azalaraq 15,5 milyon manat olub.

Alınmış elektrik enerjisi xərci 20,7 milyon manat (2,3 dəfə) artaraq 36,4 milyon manat olub.

Ticarət və digər debitor borcların dəyərsizləşməsi ehtiyatında dəyişiklik maddəsi üzrə 8,7 milyon manat gəlir yaranıb (ötən il 800 min manat zərər idi).

Digər xərclər isə 34,3 milyon manat (49,2%) azalaraq 35,4 milyon manat təşkil edib.

Beləliklə, Cəmi əməliyyat xərcləri 170,6 milyon manat (11,8%) azalaraq 1 milyard 277 milyon manat olub.

Mənfəət Göstəriciləri:

Əməliyyat mənfəəti 53,1 milyon manat (21,7%) azalaraq 191,7 milyon manat təşkil edib.

Şirkətin xalis maliyyə xərci 2,7 milyon manat azalaraq 21,9 milyon manata enib. Xarici valyuta mübadiləsindən gəlir 130,2 milyon manat, zərər isə 67,7 milyon manat olub.

Mənfəət vergisindən əvvəl mənfəət 232,3 milyon manata bərabər olub. Bu 2023-cü ilin göstəricisindən 4,1 milyon manat (1,7%) azdır.

58,5 milyon manat mənfəət vergisi ödənildikdən sonra şirkət 2024-cü ili 173,8 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilki göstəricidən (175,1 milyon manat) cəmi 1,3 milyon manat (0,7%) azdır.

Aktivlər:

Cəmi aktivlər 598,4 milyon manat (11,3%) artaraq 5 milyard 912 milyon manata çatıb.

Bunun 5 milyard 44 milyon manatı uzunmüddətli aktivlərin, 868,5 milyon manatı isə qısamüddətli aktivlərin payına düşür.

Ən böyük artım “Əmlak, tikili və avadanlıqlar” maddəsində baş verib - 900 milyon manat (22,7%) artaraq 4 milyard 855 milyon manata yüksəlib.

Pul vəsaitləri və onların ekvivalentləri isə 124,3 milyon manat bərabər olub. Bu illik müqayisədə 4,7 milyon manat (4%) çoxdur.

Kapital və öhdəliklər:

Cəmi kapital 309 milyon manat (11,1%) artaraq 3 milyard 92 milyon manata çatıb.

Cəmi öhdəliklər 2 milyard 821 milyon manata bərabər olub. Bu da son bir il ərzində 289,4 milyon manat (11,4%) artımdır.

Uzunmüddətli öhdəliklər 18,3 milyon manat (1,2%) azalaraq 1 milyard 479 milyon manat təşkil edib.

Qısamüddətli öhdəliklər isə 307,7 milyon manat (29,8%) artaraq 1 milyard 342 milyon manat olub. Bu artım əsasən “Ticarət və digər kreditor borcları” (104 milyon manat artım) və “Ödənilməli mənfəət vergisindən başqa vergilər” (115,6 milyon manat artım) hesabına baş verib./Yenisabah.az


Xəbər 875 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.09.2025  16:38 

Prezident fərman imzaladı

08.09.2025  14:38 

Laçında traktor dərəyə aşıb

08.09.2025  13:15 

Sabahın hava proqnozu açıqlanıb

08.09.2025  10:49 

Bakıda mikravtobus qəzaya düşdü

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi


BÜTÜN XƏBƏRLƏR +