Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


21.01.2025  12:55 

Fərid Səfərli ölkəmizdə həbsdə olan İran casusu ilə dəyişdirilib





A+  A-

İranda həbsdə olan tələbə Fərid Səfərlinin azad olunması xəbərindən sonra "Facebook" səhifələrində müəyyən xarici dairələr tərəfindən idarə olunan trol ordusunun anidən kütləvi paylaşımları ilə aktivləşməsi əksər sosial şəbəkə istifadəçilərinin və media qurumlarının diqqətindən qaçmayıb.

XəzərNews.az xəbər verir ki, Fərid Səfərlinin vətənə qaytarıldığı barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici İşlər Nazirliyinin (XİN) birgə məlumatından sonra, mənbəyi bilinməyən və hər biri yeni yaradılmış çoxsaylı saxta profillər qeyd olunan xəbərin paylaşıldığı feysbuk səhifələrini “eyni sözlər”dən ibarət şərhlərlə doldurmağa başladılar.

Şərhlərdə əsasən, “Fərid Səfərlinin casusluq etməsinə baxmayaraq, saxlanıldığı ölkədə ona xoş münasibət göstərildiyi, bununla belə layiq olmadığı halda Azərbaycana qaytarıldığı” bildirilir.

Qohumlarından əldə olunan məlumata əsasən, Almaniyada tələbə olan, getdiyi İranda 2 il həbsdə saxlanılmış Fərid Səfərli əvəzsiz qaydada deyil, Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilməklə və Azərbaycanın öz vətəndaşına verdiyi yüksək dəyərdən irəli gələrək qaytarılıb. Azərbaycan dövlət orqanlarının rəsmi məlumatında deyildiyi kimi, qarşılıqlı prosedur çərçivəsində.

Odur ki, Azərbaycan mühitini tanımadan sosial şəbəkələrin Azərbaycan seqmentinə saysız trolları ilə ideoloji müdaxiləyə cəhd edən kəmfürsət yarımçıq texnoloqlar belə şərhləri ilə Azərbaycan xalqının gözündə nə qədər gülünc göründüklərini bilsələr yaxşıdır.

Xəbər 1641 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +