Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


28.10.2021  15:10 

Elşad Miri seyidləri Iblislə müqayisə edib?





A+  A-

“Dövlət Komitəsi dinşünas Elşad Mirinin "Islamda yoxdur" kitabının idxalına izacə verməyib. Səbəb isə kitabda Elşad Mirinin seyidləri Iblislə müqayisə etməsi olub. Mən qanun və vicdanım qarşısında rahatam. Çunki əminəm ki, seyidi və ya başqa bir insanı Iblislə müqayisə etmək həm qanun, həm də etik baxımdan qəbul edilməzdir”.

XezerNews.az xəbər verir ki, bu barədə açıqlama ilə DQİDK-nin sədr müavini Gündüz İsmayılov çıxış edib.

G.İsmayılov əlavə edib ki, zatən, bu mövqeyi ölkə məhkəmələri də haqlı sayıb:

“Əgər Avropa məhkəməsi desək ki, yox, Elşad Miri düz edib seyidləri Iblislə müqayisə edib, artıq buna deyəcək bir sözüm yoxdur”.

Onun sözlərinə görə, Elşad Mirinin iddialarına ciddi, amma etiraf edim ki, onun səmimi olmadığı vaxtlarda bəzən yarızarafat, hətta ironiya və sarkazımla cavab vermişəm:



“Fikirləşmişəm ki, Elşad Miridir də… Cəmiyyətdə Elşad Miri kimisinin də olmasi lazımdır. Amma dünənki debatdan sonra çox təəcübləndim. Deyirdilər ki, Elşad Miri ərəb dilini bilmir, inanmırdım. Fikirləşirdim ki, onu sevməyənlər bunu deyə bilər. Necə ola bilər ki, ərəbcəni yaxşı bilmədən Elşad Miri Qurani-Kərimi tərcümə edir, hətta Vasim Məmmədəliyevin tərcüməsində səhv tutur? Amma yanılmışam. Elşad Miri dünən özü etiraf etdi ki, ərəbcə danışa bilmir və bunu heç vaxt gizlətməyib. Təsəvvür edin ki, ingilis dilini normal bilmədən Şekspiri tərcümə edirsiz. Dəhşətdir! Çox vaxt qınayırıq ki, bəzi mollalar ərəbcəni bilmir, Quranı necə gəldi oxuyurlar. Ərəbcə yaxşi danışa bilməyən, amma Quranı tərcümə edən dinşünas görəndən sonra mollaya nə deyəsən ki?! Mən demirəm ki, dinşünaslar ərəbcə bülbül kimi cəh-cəh vurmalıdır, yox. Deyirəm ki, məhz Quranı tərcümə edən dinşünaslar həm ərəb dilini, həm də dini mükəmməl bilməlidir.

Nə isə, Allah sizə rəhmət eləsin Vasim müəllim, nə yaxşı ki, Quranı vaxtinda tərcümə etmisiniz!”

Qeyd edək ki, Elşad Mirinin yazmış olduğu "İslamda yoxdur…" kitabı “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun prezidenti Nüsrət Məmmədov tərəfindən Qırğızıstanın paytaxtı Bişkek şəhərində nəşr edilib.

Kitab oxuculara pulsuz paylanılır.



Xəbər 2778 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +