Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub


06.02.2018  11:35 

İtkin düşən alpinistlərdən hələ də xəbər yoxdur





A+  A-

Alpinistlərin axtarışı davam edir, amma axtarışlar hələ heç bir nəticə verməyib”.
Bu barədə XəzərNews.az-a Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının getdiyi ərazidə yaradılan qərargahdan bildirilib.
Qeyd olunub ki, qərargah Mahmuddərə ərazisində yerləşir: “Ehtimal olunan hər yer axtarılır, axtarışlar üçün müxtəlif tərəflərə çıxılır. Təssüf ki, nəticə yoxdur. Heyətə gəlincə, gündəlik say dəyişir. Kimsə yorulur, xəstələnir, o çıxarılır, əvəzinə başqa adam salınır. Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə də axtarışlar davam etdirilir”.

Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Quba rayonda dağlıq ərazidə “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadə itkin düşüb. Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılır.

Xəbər 3117 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +