“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


26.02.2025  15:22 

Hamı Ukraynada atəşkəsin labüdlüyünə razıdır





A+  A-

Ukraynada nizamlanma məsələsi üzrə təmaslarda iştirak edən tərəflər atəşkəs rejiminin yaradılmasının zəruriliyi ilə bağlı razılığa gəliblər.

XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan mətbuat konfransı zamanı bildirib.

“Ukraynada müxtəlif ölkələr arasında təmasların hazırkı mərhələsində hər kəsin atəşkəsin zəruriliyi ilə razılaşdığı aydındır. Təbii ki, bunun münaqişə tərəfləri tərəfindən qəbul edilməsi vacibdir”, - deyə o vurğulayıb.

Fidanın sözlərinə görə, Türkiyə tərəfi sülhə nail olmaq üçün münaqişənin hər iki tərəfinin iştirakı ilə nizamlanma prinsiplərini həmişə dəstəkləyib.

O, ölkənin mövqeyinin dəyişməz qaldığını və Türkiyənin Rusiya ilə Ukrayna arasında danışıqların aparılması da daxil olmaqla istənilən dəstək tədbirini göstərməyə hazır olduğunu vurğulayıb.

Aylin
XəzərNews.az


Xəbər 787 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +