“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


17.11.2023  10:16 

“Qızıl qələm” və digər media mükafatları verilməyəcək





A+  A-

“Vaxtilə cəmiyyətdə müəyyən nüfuz qazanmış, dəyərli qələm adamlarına verilmiş, Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının təsis etdiyi “Qızıl qələm” mükafatı son illər jurnalistikadan uzaq insanlara təqdim olunmaqla, etibarını itirmiş, cəmiyyətdə haqlı narazılığa səbəb olmuşdur”.

Xəzərnews.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının yaydığı məlumatda bildirilib.

“Mətbuat Şurası jurnalistikamızın və peşəkar media işçilərinin nüfuzuna xələl gətirən məsələyə biganə qala bilməzdi. Buna görə də sözügedən quruma faktiki rəhbərlik edən Çingiz Qurbanoğlu Şuraya dəvət olunub, icraçı katibini müavini İlqar Tağıyev qurumun mövqeyini, irad və tövsiyələrini onun diqqətinə çatdırıb. Nəticədə Ç.Qurbanoğlu Mətbuat Şurasına müraciət ünvanlayıb. Müraciətdə bildirilib:

“Son zamanlar mətbuatda və sosial şəbəkələrdə sədri olduğum Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının müxtəlif insanlara təqdim etdiyi “Qızıl qələm” və digər media mükafatları ilə bağlı narazılıqları, həmçinin, MŞ-nın tövsiyələrini nəzərə alaraq, KİVİHİ Rəyasət Heyətinin qərarı ilə bu mükafatların təqdimatını dayandırdığımızı bildirirəm.”

Mətbuat Şurası C.Qurbanoğlunun öz facebook səhifəsində də yayımladığı müraciətini anlayışla qarşılayaraq problemin həllini tapdığını bildirir. Şura digər təşkilatlara da müraciət edərək, media ilə bağlı mükafatlar verilməsi məsələsinə ehtiyatlı və həssas yanaşmağa, jurnalistikamızın nüfuzuna xələl gətirən addımlardan çəkinməyə çağırır”, - məlumatda deyilir.

Xəbər 2819 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +