Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı
Avtomobil alış-verişi adı ilə 21 min manatını ələ keçirdi
Prezidentin 8 yaşında çəkdiyi foto
“Neftçi“ Samir Abasovu istefaya göndərib
“Xarı Bülbül” şadlıq sarayında meyit tapıldı


22.05.2019  14:19 

Əhmədliyə də sürət qatarı çəkiləcək





A+  A-

Əhmədli və Zirə qəsəbələrinə, eləcə də Hava Limanına yerüstü sürət qatarlarının çəkilməsi planlaşdırılır.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin "Günün Nəbzi" verilişində verib.

O bildirib ki, yaxın gələcək üçün planlarda imkan daxilində Bakıda yerüstü dəmiryolu nəqliyyatını inkişaf etdirib uzatmaq var:

“Fikrimiz var ki, gələcəkdə dəmiryolu xətləri Əhmədli qəsəbəsinə, İndiki Zirə qəsəbəsinə, Hava Limanına qədər uzadılsın və həmin ərazilərə sürət qatarları fəaliyyətə başlasın.

Tikinti işləri davamlı xarakter daşıyır. Qatar gələcəyin nəqliyyat vasitəsidir. Bu nəqliyyat vasitəsi həm təhlükəsiz, həm ekoloji cəhətdən təmiz, həm də qiyməti daha uyğundur”.

C. Qurbanov onu da qeyd edib ki, hazırda regionlara da sürət qatarlarının çəkilməsinə tələbat var:

“Qəbələyə çəkilən dəmiryol xətti bir qədər çətin mövqelərdən keçir. 45 km-lik yolun artıq yarısı hazırdır, çəkilib. Hesab edirəm ki, bu ilin sonuna kimi torpaq yataq tam bitər, gələn ilin yayına isə Qəbələyə sürət qatarı istifadəyə verilə bilər. Bakıdan oraya təqribən 210-280 km yoldur. Sürəti orta hesabla 80 km/saat götürsək, 2 saat yarım, maksimum 3 saata Qəbələyə çatmaq olar.

Şahdağa sürət qatarı proyekti artıq başa çatır, büdcə ayrılıb. Lənkəran tərəfə isə artıq torpaq alınıb, proyektlənmə işi gedir”.

Xəbər 2786 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək

22.11.2025  12:57 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +