Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı
Avtomobil alış-verişi adı ilə 21 min manatını ələ keçirdi
Prezidentin 8 yaşında çəkdiyi foto
“Neftçi“ Samir Abasovu istefaya göndərib


19.11.2025  09:52 

Bələdiyyə sədri jurnalisti həbs etdirmək istəyir





A+  A-

Kolatan bələdiyyəsinin sədri Rauf Cəbiyev jurnalist Cəfər Cəfərov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında şikayət verib. Həmin maddələrdə cərimə, ictimai işlər, 1 ilədək islah işləri və 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Cəfər Cəfərov özü verib.

Şikayətə səbəb kimi jurnalistin son aylarda Kolatan Bələdiyyəsində baş verdiyini iddia etdiyi korrupsiya və qanunsuzluqlarla bağlı sosial mediada dərc etdiyi müəllif yazıları göstərilir.

Jurnalist bildirib ki, Ərkivan qəsəbəsində, o cümlədən şəhid adları daşıyan küçələrdə yol infrastrukturunun bərbad vəziyyəti barədə ictimailəşdirdiyi məlumatlar bəzi şəxslərin narazılığına səbəb olub.

O, həmçinin Masallı Rayon Polis Şöbəsində dələduzluq faktı ilə bağlı müraciətlərinin obyektiv araşdırılmadığını, şikayətinin məhkəmə tərəfindən üç dəfə yenidən araşdırılması üçün geri qaytarıldığını qeyd edib.

Jurnalist Masallı Prokurorluğu və Masallı Rayon Polis Şöbəsinin fəaliyyətsizliyi ilə bağlı yuxarı instansiyalara şikayətlər ünvanladığını və məsələni ictimailəşdirdiyini xatırladıb.

Jurnalist iddia edir ki, haqqında qaldırılan xüsusi ittiham işi sifarişlidir və məqsəd onu susdurmaqdır. O, Kolatan bələdiyyə sədrinin bu addımı təkbaşına atdığına inanmadığını bildirir.

Qeyd olunur ki, 20 noyabr tarixində Masallı Rayon Məhkəməsində hakim Zeynal Zeynalovun sədrliyi ilə Rauf Cəbiyevin xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılacaq. Jurnalist proses nəticəsində barəsində cəza təyin olunacağını, hətta həbs qərarının da mümkün olduğunu ehtimal edir.

Məhkəmə iclasından sonra əlavə məlumat veriləcək.



Xəbər 740 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək

22.11.2025  12:57 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +