“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


21.11.2025  17:03 

Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar





A+  A-

Cənubi Afrika Respublikasının ali təhsil və təlim nazirinin müavini Nomusa Dube-Ncubenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Dövlət Dəniz Akademiyasını (ADDA) ziyarət edib.

XəzərNews.az xəbər verir ki, səfər zamanı qonaqlara AZCON Holding-ə daxil olan ASCO-nun əsas kadr potensialını formalaşdıran ADDA-nın fəaliyyəti və təhsil imkanları barədə məlumat verilib.

Görüşdə ADDA-nın rektor əvəzi Eldar Qocayev ölkəmizdə dənizçilik təhsilinin inkişaf istiqamətləri, tədris pillələri, mövcud ixtisaslar, professor-müəllim heyəti və praktiki hazırlıq imkanları barədə ətraflı məlumat təqdim edib. Rektor əvəzi bildirib ki, Akademiya Beynəlxalq Dəniz Təşkilatının siyahısında yer alan nüfuzlu ali dənizçilik məktəblərindən biridir və nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzi vasitəsilə dənizçilərin sertifikatlaşdırılmasını həyata keçirir.

Nümayəndə heyəti tələbələrin istehsalat və üzmə təcrübə keçdikləri ASCO donanmasında, gəmi təmiri müəssisələrində, eləcə də yerli və xarici şirkətlərin gəmilərindəki mövcud imkanlarla tanış olub.

Görüşdə dənizçilik sahəsində akademik əməkdaşlıq, tələbə mübadiləsi və subbakalavr təhsili üzrə birgə fəaliyyət perspektivləri müzakirə edilib, qonaqlar Akademiyanın maddi-texniki bazasına baxış keçirib, trenajor otaqları, ixtisas auditoriyaları, laboratoriyalar, kitabxana və tarix muzeyi ilə yaxından tanış olublar.











Xəbər 2335 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +