Məşhur şadlıq evində yeməkləri camış ətindən bişiriblərmiş - FOTO
Nüşabə Musayeva: “Heç kəsin dədəsinə borcum yoxdur!”
Dövlət saytlara ayırdığı vəsaiti artırdı
“Nərimanov”da metro çıxışlardan biri bağlandı -FOTO
Paşinyan Muradyana vəzifə verdi -FOTO
Tanınmış professor vəfat edib
Fuad Nəcəfli Naxçıvanı belə tərk etdi
Rəqib yoruldu və nəticə belə oldu -Savo Vuçeviç
Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır


11.07.2018  14:11 

Azərbaycanın ticarət etdiyi əsas ÖLKƏLƏR





A+  A-

2018-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 160 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 95 ölkəyə məhsul ixrac, 150 ölkədən idxal olunub.
Bu barədə Dövlət Statistika Komitəsindən XəzərNews.az-a verilən məlumatda bildirilib.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 12068,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8213,3 milyon dollar, idxalın dəyəri 3855,3 milyon dollar təşkil etmiş, nəticədə 4358,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 35,4 faiz, real ifadədə isə 3,1 faiz, o cümlədən ixrac 2,8 faiz, idxal 3,8 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 22,4 faizini İtaliyaya, 8,3 faizini İsrailə, 7,6 faizini Türkiyəyə, 5,8 faizini Tayvana (Çinin əyaləti), 5,3 faizini İndoneziyaya, 4,8 faizini Kanadaya, 4,4 faizini Almaniyaya, 4,0 faizini Çexiyaya, hər biri 3,4 faiz olmaqla Gürcüstan və Rusiyaya, 3,2 faizini Portuqaliyaya, 3,0 faizini Hindistana, 2,7 faizini ABŞ-a, hər biri 2,5 faiz olmaqla Fransa və İspaniyaya, qalan 16,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,4 faizi Rusiya, 15,8 faizi Türkiyə, 10,2 faizi Çin, 7,6 faizi Almaniya, 4,8 faizi ABŞ, 4,2 faizi Ukrayna, 3,4 faizi İtaliya, 3,0 faizi İran, 2,7 faizi Belarus, 2,4 faizi Birləşmiş Krallıq, 28,5 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2018-ci ilin yanvar-may aylarında 667,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 20,1 faiz, real ifadədə isə 8,6 faiz çoxdur.

2018-ci ilin yanvar-may aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 2,1 faiz, təzə meyvə – 51,2 faiz, kartof – 33,5 faiz, meyvə və tərəvəz konservləri – 22,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,6 dəfə, polietilen – 10,1 faiz, emal olunmamış alüminium – 15,7 faiz, pambıq lifi – 4,0 faiz, qara metallardan borular – 12,0 faiz, pambıq ipliyi – 10,7 faiz, bentonit gili – 8,5 faiz artmış, şəkər – 50,5 faiz, tütün – 8,9 faiz, meyvə və tərəvəz şirələri – 13,2 faiz, çay – 19,6 faiz, bitki yağları – 15,8 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 1,6 faiz, qara metallardan yarımfabrikatlar – 88,5 faiz azalıb.

2017-ci ilin yanvar-may ayları ilə müqayisədə 2018-ci ilin yanvar-may aylarında buğda idxalı 40,8 faiz, bitki yağları – 41,1 faiz, təzə meyvə – 44,1 faiz, çay – 10,9 faiz, qara metallardan borular – 92,6 faiz, minik avtomobilləri – 2,9 dəfə, polad prokatı – 7,6 faiz, mineral gübrələr – 2,2 dəfə, mebel – 2,1 dəfə, qara metallardan çubuqlar – 16,4 faiz, rezin şinlər – 4,8 faiz, polietilen – 82,0 faiz, paltaryuyan maşınlar – 55,6 faiz, məişət kondisionerləri – 28,5 faiz, yük avtomobilləri – 2,1 dəfə, sement və sement klinkerləri – 69,1 faiz, avtobuslar – 2,8 faiz, məişət soyuducuları – 2,4 dəfə artmış, siqaret idxalı isə 6,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 2,3 faiz, kartof – 22,2 faiz, quş əti və onun əlavə məhsulları – 5,6 faiz, mal əti – 20,2 faiz, xam şəkər və şəkər – 82,6 faiz, təzə tərəvəz – 47,4 faiz, hesablama maşınları, blok və qurğuları – 2,3 faiz, qara metallardan künclüklər ­– 19,6 faiz azalıb.

Xəbər 3405 dəfə oxunub.




13.11.2025  12:11 

RUSİYANIN YALVARIŞLARI

13.11.2025  10:54 

Tanınmış professor vəfat edib

13.11.2025  10:47 

Prezident onları qəbul edib

12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün


BÜTÜN XƏBƏRLƏR +