Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


23.10.2025  10:53 

Mikayıl Cabbarov müvafiq qərar imzalayıb





A+  A-

“Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası” təsdiq edilib.

XəzərNews.az xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu Qayda “Lisenziyalar və icazələr haqqında” Qanunun tətbiqi ilə əlaqədar yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyət növü (fəaliyyət növünün adı göstərilməklə) üzrə lisenziya müqaviləsinin (bundan sonra – lisenziya müqaviləsi) formasını və bağlanılma qaydasını müəyyən edir.

Hüquqi şəxsə, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi və fərdi sahibkara yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyət növünə (fəaliyyət növünün adı göstərilməklə) lisenziya verildiyi tarixdən 30 (otuz) gün müddətində İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) ilə lisenziya sahibi arasında lisenziya müqaviləsi bağlanılır.

Lisenziya müqaviləsi yazılı formada və müddətsiz bağlanır.

Bu Qaydada istifadə olunmuş anlayışlar “Lisenziyalar və icazələr haqqında” Qanunda, habelə digər qanunvericilik aktlarında nəzərdə tutulan mənaları ifadə edir.

Lisenziya sahibi qanunvericiliklə nəzərdə tutulmuş sənədlərlə yanaşı, 2 nüsxədə özü tərəfindən imzalanmış, hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyinə münasibətdə həm də möhürlənmiş lisenziya müqaviləsini Nazirliyə təqdim edir.

Nazirlik lisenziya verildiyi tarixdən 30 (otuz) gün ərzində lisenziya müqaviləsini imzalayaraq, lisenziya sahibinə təqdim edir.

Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, tərəflər bu müqavilənin imzalanmasından olaraq imtina edə bilməzlər.

Lisenziya müqaviləsi müqavilənin bağlanması haqqında lisenziya sahibinə “İnzibati icraat haqqında” Qanununun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verildiyi gün qüvvəyə minir.

Lisenziya müqaviləsi lisenziya verildiyi tarixdən 30 (otuz) gün müddətində bağlanmadıqda, müvafiq lisenziya hüquqi nəticələr yaratmır.

Lisenziya müqaviləsi Mülki Məcəllədə və “İnzibati icraat haqqında” Qanunda müəyyən edilən qaydada ləğv oluna bilər.

Məlumat üçün bildirək ki, qərar oktyabrın 10-da qəbul edilib, oktyabrın 21-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, oktyabrın 22-də qüvvəyə minib.

Xəbər 2273 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +