“Bank Respublika”da nə baş verir?
Sabah 16-20 dərəcə isti olacaq
Ədliyyə orqanları işçiləri təltif edildi - Sərəncam
Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!
Kürəkənimin sevgilisi qızımı söyürdü...
Ölkədə 34800 iş yeri qapadılıb... - 2 ildə
Krımda partlayış səsləri eşidilib
ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırdır


21.10.2025  10:05 

Səbaildə qəzalı bina təhlükə saçır, qurumlar susur - Foto





A+  A-

Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən 25-ci bina artıq uzun müddətdir qəzalı vəziyyətdədir.

XəzərNews.az xəbər verir ki, sakinlərin sosial şəbəkələrdə paylaşdığı fotolarda da aydın görünür ki, binanın divarlarında dərin yarıqlar əmələ gəlib, bəzi hissələrdə isə tikilinin dağılma riski var.

Bu vəziyyət həm bina sakinlərinin, həm də ətraf ərazidə yaşayan insanların həyatını təhlükə altında qoyur. Lakin bütün bu narahatlıqlara baxmayaraq, nə Səbail Rayon İcra Hakimiyyəti, nə də Fövqəladə Hallar Nazirliyi indiyədək hər hansı tədbir görüb.

Sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət ediblər, lakin cavab ala bilməyiblər. Onların sözlərinə görə, bina hər gün bir az daha da çatlayır, divarlarda yeni yarıqlar yaranır və vəziyyət getdikcə ağırlaşır.

İndi əsas sual budur: məsul qurumlar insan həyatı üçün açıq təhlükə olan bu binanın aqibətinə nə vaxt reaksiya verəcək?








Xəbər 2692 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +