ADDA və GIZ EasTnT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Onlayn qumar əməliyyatı... – 7 nəfər həbs olundu
İcradan heç kim əraziyə gəlməyib - Jurnalist
Quduzluğa yoluxan suriyalı gənc öldü
Mardində bir ailənin 3 üzvü güllələndi
İranlı deputatların ayaqları göydə -İlginc fotolar
Akif Nağı onu məhkəmə ilə hədələyən müğənniyə cavab verdi
Prezident 2 fərman imzaladı
Jurnalistin intihar anonsu...-Borcum var
Zelenski ABŞ-a səfər edə bilər


13.06.2017  13:37 

Marketlərdə içməli su yoxa çıxıb - Bakıda BÖYÜK AJİOTAJ





A+  A-

Bakı və Sumqayıtın iri marketlərində içməli suyun satışında ciddi artım müşahidə olunur.
Sosial şəbəkə istifadəçiləri bununla bağlı həyəcan təbili çalır və marketlərdə içməli su ilə bağlı qıtlıq yaşandığını bildirirlər.

İstehlakçılar bunun səbəbini bir neçə gün əvvəl Sumqayıtda 119 uşağın zəhərlənməsi faktı ilə əlaqələndirir.

XəzərNews.az bildirir ki, "Qaynarinfo" yayılan iddiaların həqiqəti nə dərəcədə əks etdirdiyini öyrənmək üçün paytaxtın ən böyük marketləri ilə əlaqə saxlayıb. "Araz" və "OBA" marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvin Babayev içməli suyun satışında artım olması ilə bağlı yayılan məlumatları təsdiqləyib.



İqtisadçı ekspert Natiq Cəfərli isə məsələni belə şərh edib:

"Sumqayıt və Abşeronda yayılan kütləvi zəhərlənmə ilə bağlı müvafiq dövlət və hökumət qurumlarının böhran menecmenti bərbad vəziyyətə oldu və insanlara normal informasiya verilmədi. Müxtəlif qurumların verdiyi açıqlamalar bir-birinin əksinə olduğu üçün yaranmış vəziyyət panikaya səbəb oldu, sosial şəbəkələrdə də əsas problemin sudan qaynaqlandığı barədə məlumatlar geniş yayılandan sonra suya olan tələbat artdı. İqtisadiyyatda yazılan və yazılmayan qanunlar var. Belə ki, tələbat artanda avtomatik olaraq qiymət də qaldırılır. Bu, müvəqqəti haldır. Düşünmürəm ki, bu vəziyyət uzun müddət davam edəcək. Panika səngiyəndən sonra vəziyyət də getdikcə stabilləşəcək. İnsanlar öz övladlarını, ailəsini qorumaq üçün dükanlarda satılan sudan istifadə etməyə üstünlük verdiyi üçün tələbat artıb. Su satışı ilə məşğul olan iri şirkətlərin məsələ ilə bağlı əlaqələrinin olmasına inanmıram. Dediyim kimi bu, zəhərlənmə xəbərinin qısa müddət ərzində geniş yayılmasından qaynaqlanıb. Su şirkətləri isə sadəcə fürsətdən yararlanır".

Qeyd edək ki, bir neçə gün əvvəl Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Novxanı kəndində, həmçinin Abşeron rayonunun Saray və Ceyranbatan qəsəbələrində 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib.

Xəbər 3083 dəfə oxunub.




25.11.2025  16:43 

Prezident 2 fərman imzaladı

25.11.2025  15:41 

Zelenski ABŞ-a səfər edə bilər

25.11.2025  14:02 

Xırdalanda yaşayış evi yanır

25.11.2025  13:27 

Qurbanov bənzərsiz bir fenomendir

25.11.2025  13:25 

Sabah bu ərazidə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +