ADDA və GIZ EasTnT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Onlayn qumar əməliyyatı... – 7 nəfər həbs olundu
İcradan heç kim əraziyə gəlməyib - Jurnalist
Quduzluğa yoluxan suriyalı gənc öldü
Mardində bir ailənin 3 üzvü güllələndi
İranlı deputatların ayaqları göydə -İlginc fotolar
Akif Nağı onu məhkəmə ilə hədələyən müğənniyə cavab verdi
Prezident 2 fərman imzaladı
Jurnalistin intihar anonsu...-Borcum var
Zelenski ABŞ-a səfər edə bilər


28.04.2025  11:08 

Çar Rusiyası və sovetlərin Ermənistana verdiyi torpaqlar Azərbaycana qaytarılmalıdır - Politoloq





A+  A-

“Azərbaycan I Dünya Müharibəsində iştirak etmədiyi, o müharibənin baş verdiyi regiondan xeyli uzaq olduğu halda onun dağıdıcı nəticəsi Azərbaycanı da əhatə etdi. Müharibədən əvvəl iri dövlətlər arasında “çömçə” rolunda olan ermənilər I Dünya Müharibəsinin nəticəsindən qazandı. Onların qazandığının böyük əksəriyyəti Azərbaycanın ərazilərinin hesabına oldu”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu qeyd edib ki, I Dünya Müharibəsindən sonra Qafqazda Böyük Britaniya xeyli güclü idi:

“Çar Rusiyası zəifləyirdi, Osmanlı imperiyası dağılmaq ərəfəsində idi, amma Qafqazda güclü idi. Belə bir dövrdə ermənilərin ehtirası Cənubi Qafqazda təsir yarada bilirdi. Azərbaycan torpaqlarının hərraca qoyulması İrəvanın Ermənistana paytaxt olaraq verilməsindən başladı. Osmanlı Anadoluda çox vacib ərazini qorumaqdan ötrü təsir zonasında olan Azərbaycana təzyiq etdi və İrəvanı paytaxt olaraq ermənilərə verdi. Ermənilər müəyyən öhdəliklər götürdülər. Təbii ki, ermənilər heç vaxt götürdükləri öhdəliklərə riayət etməyiblər. Bu proses İrəvanın Ermənistana verilməsi ilə bitmədi. İngilis imperiyası regiondan çıxdıqca Rusiya güclənirdi. Beləliklə, Sovet Rusiyası yarandı. A.İ.Denikinin sonradan etirafına görə SSRİ çar imperiyasını bərpa etdi. Nəticədə, çarın ermənilərlə bağlı siyasətini icra etdi. Həm də Lenin və Atatürk arasında olan isti münasibətlər Stalində qıcıq yaradırdı və Stalinin bu nifrəti daha çox Azərbaycanda özünü göstərdi, Azərbaycan əraziləri tədricən ermənilərə verildi”.



Politoloq qeyd edib ki, daimi gərgin vəziyyətdə olan Sünik regionu da məhz bu dövrdə ermənilərə Sovet İttifaqı və yaxud Denikinin dediyi Çar Rusiyası tərəfindən verildi:

“Sonra da bu proseslər davam etdi. Tacikistanla Qırğızıstan arasında baş verənlər göstərir ki, ümumiyyətlə SSRİ-nin milli siyasəti millətləri qarşıdurmaya sürükləmək üzərində qurulan idarəetmədən ibarət idi. Parçala, hökm sür siyasəti.
İndi də region sabitləşə bilmir. Çünki o dövrdə regionun altına qoyulan partlayıcı maddələr təsirini göstərir. Ona görə ilk olaraq İrəvanın Azərbaycana qaytarılması gündəliyə gətirilməlidir və ardınca Çar Rusiyası, Sovet İttifaqının Ermənistana verdiyi torpaqların Azərbaycana qaytarılması prosesi başlanmalıdır. Belə olmayacağı təqdirdə Ararat Mirzoyan demiş “regionda yüz illik münaqişəli dövr başlaya bilər”.



Xəbər 2933 dəfə oxunub.




25.11.2025  16:43 

Prezident 2 fərman imzaladı

25.11.2025  15:41 

Zelenski ABŞ-a səfər edə bilər

25.11.2025  14:02 

Xırdalanda yaşayış evi yanır

25.11.2025  13:27 

Qurbanov bənzərsiz bir fenomendir

25.11.2025  13:25 

Sabah bu ərazidə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +