“Azərsu” yerini tapmadığı mənzilə 955 manat borc yazıb
Azərbaycanlı mer namizədi oldu
Makron da Vaşinqton Sazişini alqışlayır
Paşinyan Sazişdən yazdı
Röyanın atası vəfat edib
FHN 2 otaqlı evi 63 min manata tikdirir
Vilayət Eyvazov Xaçmazda qəbul keçirəcək
Azərbaycanlı sahibkarları “çimdikləyə“ bilərik - Deputat
Paşinyan Putinlə danışdı
“Azercell” oğurluğa davam edir - Elmi işçi


18.06.2025  13:17 

Raqif Abbasov 17 ildə büdcəni belə “yeyib” - Təfərrüat





A+  A-

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda əvvəlcə Gənclər və İdman Nazirliyinin nümayəndəsi çıxış edib.

Cinayət hadisəsi 2006-2023-cü illər aralığında baş verib.

Araşdırma zamanı məlum olub ki, 17 il ərzində müxtəlif idman tədbirlərinin təşkili üçün dövlət büdcəsindən Baş İdarəyə ayrılmış 871 min 255 manat mənimsənilib. Hazırkı vaxta kimi dəymiş ziyandan 100 min manatı Raqif Abbasov tərəfindən ödənilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin fəaliyyətinə birbaşa gənclər və idman naziri rəhbərlik edib.

Cinayət işində əsas epizodlardan biri idmançılara ayrılan mükafatların mənimsənilməsi ilə bağlıdır. İstintaqla müəyyən edilib ki, müxtəlif yarışlarda qalib gələn idmançılara dövlət vəsaiti hesabına pul mükafatları ayrılıb. Amma həmin pullar bankdan çıxarılaraq təqsirləndirilən şəxslər tərəfindən ələ keçirilib.

Nazirlik nümayəndəsi R.Abbasov və E.Qulamova qarşı 771 min 255 manatlıq mülki iddia qaldırıb.

Müttəhim Abbasovun vəkili Ruzi Səmədov nümayəndədən “büdcə vəsaiti təyinatından kənar istifadə edilib” dedikdə konkret nəyi nəzərdə tutduğunu soruşub.

Nümayəndə isə belə cavab verib: “Hansısa intellektual yarışda qalib gələn idmançıya 8 manat ayrılıb. Mühasibatlıq tərəfindən idmançıya qol çəkdirilib, amma pul ödənilməyib. Həmin pullar da təqsirləndirilənlər tərəfindən mənimsənilib”.

Nümayəndənin cavabı müdafiə tərəfini qani etməyib.

Prokuror Eldar Həmzə məhkəmənin diqqətinə çatdırıb ki, ittiham tərəfi olaraq onlarda əksər sualların cavabı var. İstintaqın gedişində bütün suallar cavabını tapacaq.

Prosesin davamında 2004-cü ildən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin gənclər sektorunda çalışan şahid Samir Kazımov ifadə verib. O deyib ki, dövlət büdcəsindən ayrılan pulların xərclənməsinə o da nəzarət edib. Müxtəlif yarışların keçirilməsi üçün həmin vəsaitdən istifadə edilib. Kazımov məhkəmədə etiraf etməsə də, istintaq vaxtı dindirmədə deyib ki, təmsil etdiyi baş idarə on yarışdan ikisini keçirməyib, amma sənəd üzərində “keçirilib” kimi göstərilib.

Şahid hakimin bu məsələ ilə bağlı sualına aydın cavab verə bilməyib.

Növbəti proses iyulun 9-na təyin edilib.

Qeyd edək ki, cinayət işinin ilkin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Raqif Abbasov və Eldəniz Qulamov həbsdə deyil, onlar sərbəst mühakimə edilirlər. Təqsirləri sübuta yetirilsə, onları 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xəbər 1452 dəfə oxunub.




11.08.2025  18:14 

Azərbaycanlı mer namizədi oldu

11.08.2025  18:02 

Paşinyan Sazişdən yazdı

11.08.2025  17:09 

Röyanın atası vəfat edib

11.08.2025  15:10 

Paşinyan Putinlə danışdı

11.08.2025  14:23 

Vahan Kostanyan Tehrana gedir

11.08.2025  14:22 

Qusarda iki nəfər baltalandı

11.08.2025  12:31 

Məktəbli formaları UCUZLAŞDI


BÜTÜN XƏBƏRLƏR +