Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


10.04.2017  14:09 

Şəhid ailəsi hələ də daxmada yaşayır - FOTOLAR





A+  A-

Şəhid ailəsi hələ də yararsız vəziyyətdə olan daxmada yaşayır. Cəbhənin Murovdağ istiqamətində şəhid olan Habil Əmralıyevin ailəsi qohumlarının həyatyanı sahəsində qarğı və palçıqdan inşa edilmiş daxmada məskunlaşıb.
XəzərNews.az-ın məlumatına görə, Habil Əmralıyevin qardaşı Aqil Həmralıyev Modern.az-a bildirib ki, hazırda evdə beş nəfər qalır. O deyir ki, işləsə də ailənin aylıq büdcəsi yalnız dolanışıq üçün kifayət edir.

“1995-ci ildən Bərdə rayonu Xanərəb kəndində bu daxmada məskunlaşmışıq. Yaşadığımız daxma iki otaqlıdır və yararsız vəziyyətdədir. Yağış yağanda və külək əsəndə daxma buna tab gətirə bilmir. Atam rəhmətə gedib, hazırda evdə beş nəfər qalır: mən, həyat yoldaşım, iki övladım və anam”.

Aqil Əmralıyevin sözlərinə görə, dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, evlə təmin edilməyiblər.
“Artıq o yer qalmayıb ki, yazaq. Dəfələrlə qeydiyyat aparatına, “Qaçqınkom”a müraciət etsək də, ev verilmədi. Bizi get-gələ saldılar və növbəniz çatanda veriləcək dedilər”.




Xəbər 3100 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +