Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


18.10.2025  10:59 

Arvadının saçını yolan FHN işçisi həbs edilib





A+  A-

Ucarda keçmiş arvadının saçını yolan FHN işçisi həbs edilib.

XəzərNews.az oxu.az-a istinadla xəbər verir ki, hadisə rayon ərazisində yerləşən marketlərdən birində baş verib.

Məlumata görə, təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon Dövlət yanğından mühafizə hissəsinin yanğınsöndürəni vəzifəsində işləyir.

Hadisə 13 sentyabr 2025-ci il tarixdə baş verib. Belə ki, günorta saatlarında keçmiş arvadının iş yerinə gedərək, yanına çağırıb. Həmin gün onun yanına getməkdə məqsədi keçmiş arvadının ailəsinə saxlamaları üçün verdiyi öz pulunun bir hissəsini geri almaq olub. Buna görə də marketin içərisində zərərçəkmişdən ailəsinə verdiyi puldan 100 manat məbləğini ona geri qaytarmasını xahiş edib.

Zərərçəkmiş isə çıxıb getməsini və onu narahat etməməsini bildirərək, uzaqlaşmaq istəyib. Təqsirləndirilən şəxs bu zaman dayanmasını tələb etsə də, qadın heç bir sözünə məhəl qoymayıb. Buna görə də əsəbiləşərək dayanması üçün sağ əli ilə onun saçından tutub dartıb. Bundan sonra zərərçəkmiş dərhal çıxıb getməsini tələb edib. O da hadisə yerini tərk edib.

Ucar Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib. Ona inzibati tənbeh olaraq 15 gün müddətində həbs təyin olunub. O, məhkəmə iclas zalında dərhal həbs olunub.

Xəbər 3716 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +