Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


17.10.2025  21:12 

İcra başçısı olacaq?





A+  A-

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbəri Eşqi Bağırovun məcburi məzuniyyətə göndərildiyi barədə məlumat yayılıb.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən Eşqi Bağırovun vəzifəsindən azad edilməsi barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.

Bununla yanaşı, Eşqi Bağırov haqqında yeni iddialar da ortaya çıxıb.

Belə ki, onun yaxın günlərdə Bakı şəhərinin rayonlardan birinə icra başçısı təyin olunacağı barədə xəbərlər dolaşır.

İddialarda bu rayonların Nəsimi, Səbail və ya Binəqədi ola biləcəyi yer alıb.

Qeyd edək ki, hazırda Səbail Rayon İcra Hakimiyyətinini başçısı Vuqar Zeynalovdur. O,Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Binəqədi RİH-ə isə Elxan Allahverdiyev başçılıq edir. E.Allahverdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə başçı vəzifəsinə təyin edilib.

Nəsimi rayon İcra Hakimiyyətinini başçısı vəzifəsi isə boşdur. Belə ki, sabiq başçı Asif Əsgərov 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanaraq Milli Məclisin deputatı seçilib. Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.//Bakıvaxtı.az

Xəbər 4720 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +