Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev
Yalandır, hazırda Bakıdayam - Əli Həsənov


19.12.2019  10:16 

Baş nazir idxal rüsumlarını dəyişdirdi - İZAH





A+  A-

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar qəbul edib.
XəzərNews.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli Qərarı iki hissədən ibarətdir. Birinci hissəyə əsasən, daxili istehsalda istifadə olunan xammal və materialların idxal rüsumu 15%-dən 0%-ə endirilib.

Ölkədə fəaliyyət göstərən 500 müəssisənin istifadə etdiyi xammalın siyahısı təhlil edildikdən sonra Azərbaycanda istehsal olunmayan və yaxın gələcəkdə də istehsal olunacağı gözlənməyən xammalların siyahısı müəyyənləşdirilib. Müəyyən edilib ki, ölkəyə xammal olaraq əsasən metallurgiya, kimya, rezin plastmas və qida sənayesinə aid olan məhsullar idxal edilir.

Bundan əlavə, bu sadalanan xammalın istifadə olunduğu hazır məhsulların da ölkəyə idxalı getdikcə artmaqdadır. Odur ki, 1) idxalın əvəzlənməsi, 2) daxildə istehsalı dəstəkləmək, 3) ixracı stimullaşdırmaq, 4) istehsalı genişləndirmək, nəhayət, 5) yeni iş yerləri açılmasına şərait yaratmaq məqsədilə bu xammalların idxal rüsumu 0%-ə endirilib.

Yerli istehsalçı ucuz xammalla təmin edildikdə istehsal edilən son məhsul da 15% ucuz başa gələcək ki, nəticədə məhsulun maya dəyərini aşağı düşəcək. Bu da, öz növbəsində, həmin məhsulların daxili bazarda ucuzlaşmasına, xarici bazarda isə rəqabətqabiliyyətliliyinin artmasına səbəb olacaq. Nəticədə, bu iki göstərici həm daxildə, həm də xarici bazarda satışın artmasını stimullaşdıraraq istehsalın genişləndirilməsinə imkan yaradacaq. İstehsalın genişlənməsi isə yeni iş yerləri, məşğulluğun artması, bu sahədə çalışan vətəndaşların rifahının yüksəlməsi deməkdir.

Nəhayət, bu qərar bəzi məhsulların ölkəyə idxalının azalmasına və əksinə, ixracın artmasına təsir göstərəcək ki, bu da ölkədən valyuta axınını müəyyən qədər azaltmaqla yanaşı, eyni zamanda, ölkəyə əlavə xarici valyuta gətirilməsini təmin edəcək.

Qərarın 2-ci hissəsi isə ölkədən ferroərintilərin ixracını stimullaşdıracaq.

Qərara əsasən ölkədə istehsalına başlanılmış ferroərintilərin ixrac rüsumu 5%-dən 0%-ə endirilib. Məqsəd xarici bazarda onun rəqabətqabiliyyətliliyini artırmaq və ixracı stimullaşdırmaqdır. İndiyə qədər mövcud olan rüsum isə bu məhsula yerli istehsalçıların yüksək tələbatının olması səbəbindən tətbiq edilirdi. Ancaq, 2018-ci ilin noyabrında Prezident İlham Əliyev Sumqayıt Kimya Sənayesi Parkında 51 milyon dollar investisiya yatrılımış ferroərintilər zavodunun açılışını etdi. İndi ferroərintilərin istehsalı artdığı və yerli ehtiyacı ödədiyi, əhəmiyyətli ixrac potensialı yarandığı üçün ixracı stimullaşdıran qərarlar qəbul edilir. Bu da yenə ferroərintilər zavodunun tam gücü ilə işləməsini və ölkəyə əlavə xarici valyuta gətirilməsinə imkan verəcək.

Xəbər 3728 dəfə oxunub.




31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +