Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


16.11.2023  14:22 

Ramiz Mehdiyev əmlakını satışa çıxardı... - Fotolar





A+  A-

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev özünün adında olan əmlaklarını, iri torpaq sahələrini satmağa başlayıb.

Xəzərnews.az Musavat.com-a istinadən xəbər verir ki, satışa çıxarılan əmlakların siyahısı uzun olsa da, hələlik onlardan biri – 50 hektarlıq torpaq sahəsi ilə bağlı məlumatları təqdim edirik. Belə aydın olur ki, sabiq PA rəhbəri özəl ərazisində var-dövlətini həyat yoldaşının adına rəsmiləşdirib.

Ramiz Mehdiyevin notariat ofisinə yazdığı ərizədə o, arvadının adına olan torpaq sahəsinin satılımasına etiraz etmədiyini bəyan edir.

Həmçinin məlum olur ki, sənədləşmə gərəyi olaraq Ramiz Mehdiyevin ərizəsində özünün də fotosu çəkilərək əks olunub. Sabiq PA rəhbəri vəzifədə olduğu illərdə hər hansı bir alqı-satqı işində adının keçməsinə imkan verməyib.

Qeyd etdiyimiz ərizədə Ramiz Mehdiyev yazır:

“Bu ərizə ilə məlum edirəm ki, birgə nikah dövründə əldə edilmiş, arvadım - Mehdiyevə Qalina Yuryevnaya məxsus Goranboy rayonu, Qaramusalı kəndində yerləşən 50 hektar torpaq sahəsinin (icarə hüququnun) satılmasına etiraz etmirəm.

Eyni zamanda bəyan edirəm ki, ər (arvad) arasında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır.

Ramiz Mehdiyev ərizəni bu ilin aprelində yazıb. Bundan sonra həyat yoldaşının adına olan 50 hektar torpaq satılıb. Sənədlərdə torpaq sahəsinin hansı qiymətə verilməsi göstərilməsə də, belə məlumat var ki, torpaq sahəsi 350 min manata satılıb. Sabiq PA rəhbərinin digər əmlaklarını, torpaq sahələrini də satışa çıxardığına dair məlumatlar var. Bəzi dəqiqləşdirmələrdən sonra həmin məlumatları da təqdim edəcəyik.





Xəbər 2344 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +