Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


27.07.2023  20:10 

XİN Nikol Paşinyana cavab verdi





A+  A-

"Ermənistan tərəfinin ölkəmiz ilə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı növbəti təxribatdır. Bu təxribatın Ermənistan dövləti və baş nazir səviyyəsində təşviq olunması qəbuledilməzdir".

XəzərNews.az xəbər verir ki, bu barədə Azərbyacan XİN-in Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan ərazilərinə yük göndərilməsi cəhdi ilə bağlı açıqlamasına dair şərhində bildirib.

"Bu təxribat bir daha göstərir ki, Ermənistanın “bölgədə gərgin humanitar vəziyyət” iddiaları bu ölkənin qeyri-qanuni fəaliyyətləri davam etdirmək, əsassız siyasi manipulyasiya yolu ilə gərginlik yaratmaq niyyətindən başqa bir şey deyil.

Ermənistan tərəfi, Azərbaycanı qondarma “soyqırımı” cəhdlərində təqsirləndirmək əvəzinə, Ermənistan ərazisindən azərbaycanlıların məcburi şəkildə deportasiyasına, öz yurd-yuvalarından qovulan zaman insanların kütləvi ölüm hallarına, Azərbaycan ərazilərinə təcavüz və işğal nəticəsində soyqırımı daxil, insanlıq əleyhinə cinayətlərə, etnik təmizləmə siyasəti və törətdiyi əməllərə görə üzr istəməlidir.

Ermənistan tərəfi həqiqətən də bölgədə sülh və sabitlikdə maraqlıdırsa, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini yalnız sözdə deyil, əməldə də dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməli, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadəni dəstəkləməlidir. Ermənistan tərəfi həmçinin Azərbaycanın erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə maneçilik törətməməlidir", - deyə XİN-in məlumatında vurğulanır.

Xəbər 2655 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +