Cəmil Həsənli sərbəst buraxıldı
Mən, bulud adamam, yağış adamam...
Diaspor adı altında parçalanma... - AÇIQLAMA
Onlar şübhəli şəxs qismində istintaqa cəlb edildi - Mehdiyev işi
Cəmil Həsənlini DTX-ya dəvət etdilər
Azərbaycan səfirliyi milli stendini təqdim edib
Zalujnı Rusiyanın strategiyası barədə xəbərdarlıq etdi
Dağlıq ərazilərdə qar yağacaq - Hava
Bakıda yaşayış binasında partlayış baş verib
Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı


14.12.2023  12:07 

DİN 11 ayda 270 milyon manatlıq narkotiki dövriyyədən çıxarıb





A+  A-

Cari ilin yanvar-noyabr ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 6 ton 719 kq 031,413 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 269 milyon 290 min AZN kimi qiymətləndirilir.

Xəzərnews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsindən məlumat yayıb.

Məlumata görə, cari ilin yanvar-noyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 9758 cinayət faktı aşkarlanıb.

Onlardan 3158-i narkotik vasitələrin qanunsuz satışı 6276-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 294-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.



Xəbər 2516 dəfə oxunub.




29.11.2025  19:26 

Ölümdən sonrakı həyat?!


BÜTÜN XƏBƏRLƏR +