Cəmil Həsənli sərbəst buraxıldı
Mən, bulud adamam, yağış adamam...
Diaspor adı altında parçalanma... - AÇIQLAMA
Onlar şübhəli şəxs qismində istintaqa cəlb edildi - Mehdiyev işi
Cəmil Həsənlini DTX-ya dəvət etdilər
Azərbaycan səfirliyi milli stendini təqdim edib
Zalujnı Rusiyanın strategiyası barədə xəbərdarlıq etdi
Dağlıq ərazilərdə qar yağacaq - Hava
Bakıda yaşayış binasında partlayış baş verib
Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı


13.12.2023  11:58 

Qadına cinsi təcavüz edən taksi sürücüsünə...





A+  A-

Bakıda müştəriyə qarşı zorakılıq edən taksi sürücüsünə hökm oxunub.

Hadisə ötən ilin 24 dekabr tarixində paytaxtın Səbail rayonu ərazisində baş verib.

Həmin gün Şirvan şəhər sakini olan Güllü İsmayılova (şərti) Lökbatan dairəsinə gedərək taksi gözləyib. Bu zaman “Mercedes E320” markalı taksi avtomobilin sürücüsü Masalı rayon sakini 1981-ci il təvəllüdlü Etibar Qədimov (şərti) ona yaxınlaşıb və daha 3 müştəri götürəndən sonra yola düşəcəyini bildirib. Bir qədər keçdikdən sonra – gecə saat 23 radələrində sürücü müştərilərin gəlmədiyini, onları gedib Bibiheybət qəsəbəsi ərazisindən götürəcəyini deyib və avtomobili şəhərə doğru sürüb. O, maşını qəsəbə ərazisində saxladıqdan sonra arxa oturacağa keçərək bıçaqla qadını hədələyib və cinsi təcavüz edib.

Bundan sonra E.Qədimov G.İsmayılovanı avtomobillə yenidən Lökbatan dairəsinə gətirərək düşürüb. Bu zaman G.İsmayılova Etibarın sürdüyü maşının şəklini çəkib və oradan polisə zəng edərək məlumat verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 149 və 150-ci (Zorlama və seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə cinayət işi açılıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin bir neçə gün əvvəl çıxardığı hökmlə taksi sürücüsünə 8 il həbs cəzası verilib./“Qafqazinfo”

Xəbər 3627 dəfə oxunub.




29.11.2025  19:26 

Ölümdən sonrakı həyat?!


BÜTÜN XƏBƏRLƏR +