Cəmil Həsənli sərbəst buraxıldı
Mən, bulud adamam, yağış adamam...
Diaspor adı altında parçalanma... - AÇIQLAMA
Onlar şübhəli şəxs qismində istintaqa cəlb edildi - Mehdiyev işi
Cəmil Həsənlini DTX-ya dəvət etdilər
Azərbaycan səfirliyi milli stendini təqdim edib
Zalujnı Rusiyanın strategiyası barədə xəbərdarlıq etdi
Dağlıq ərazilərdə qar yağacaq - Hava
Bakıda yaşayış binasında partlayış baş verib
Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı


28.02.2020  14:21 

Məcburi köçkünlərə mənzillərin verilməsi zamanı qarşıdurma oldu





A+  A-

Ağcabədi rayonunda məcbur köçkünlərə mənzillərin verilməsi prosesi zamanı qarşıdurma yaranıb.
XəzərNews.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, bir neçə məcburi köçkün onlara verilən mənzillə razılaşmayaraq Laçın Rayon İcra Hakimiyyətinin qarşısına yığışıblar. Bu zaman polisin müdaxiləsi ilə saxlanılanlar olub.

İlkin məlumata görə, qarşıdurma zamanı iki nəfər sakin və polis əməkdaşları da xəsarət alıb.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, qeyd edilən hadisə zamanı polis əməkdaşları heç bir xəsarət almayıb: “İki nəfər xuliqanlıq etdiyi üçün Laçın Rayon Polis Şöbəsinə gətirilib. Onlar şöbədə də xuliqanlıq əməllərini davam etdiriblər. Hər iki şəxs başını şöbənin qapısına vuraraq özlərinə xəsarət yetiriblər. Dərhal polis şöbəsində təcili tibbi yardım çağırılıb və həmin şəxslər tibbi yardım edilib. Hazırda onların əməlləri ilə bağlı araşdırma aparılır”.

Xəbər 3391 dəfə oxunub.




29.11.2025  19:26 

Ölümdən sonrakı həyat?!


BÜTÜN XƏBƏRLƏR +