Cəmil Həsənli sərbəst buraxıldı
Mən, bulud adamam, yağış adamam...
Diaspor adı altında parçalanma... - AÇIQLAMA
Onlar şübhəli şəxs qismində istintaqa cəlb edildi - Mehdiyev işi
Cəmil Həsənlini DTX-ya dəvət etdilər
Azərbaycan səfirliyi milli stendini təqdim edib
Zalujnı Rusiyanın strategiyası barədə xəbərdarlıq etdi
Dağlıq ərazilərdə qar yağacaq - Hava
Bakıda yaşayış binasında partlayış baş verib
Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı


03.05.2019  15:36 

Son 4 ayda milli parklara 11131 turist səfər edib





A+  A-

Son günlər yaz-yay mövsümünün yaxınlaşması ilə əlaqədar milli parklara səfər edən turistlərin sayında xeyli artım müşahidə edilir.
XəzərNews.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, b u ilin 4 ayı ərzində ölkəmizdə fəaliyyət göstərən milli parklara ümumilikdə 11131 nəfər turist səfər edib. Onlardan 9850-si yerli, 1281-i isə xarici vətəndaş olub:

"Sözsüz ki, bu rəqəm bizi razı salmır. Biz istərdik ki, milli parkları ziyarət edən turistlərin sayı daha çox olsun. Düzdür, qış mövsümündə havaların soyuq olması ilə əlaqədar insanların milli parklara səyahət etməsi çox müşahidə olunmur. Ancaq biz may ayından etibarən milli parklara səyahət edənlərin sayının artımında böyük sıçrayış gözləyirik, çünki hava şəraiti də, təbiət də buna imkan verəcək.

Ekoloji turizm bizim üçün yeni anlayışdır və bu sahədə müsbət nailiyyətlər əldə olunacağına ümid edirik".

I.Ibrahimova əlavə edib ki, hazırda milli parklarda rəngarəngliyinə və məzmununa görə fərqlənən 110 turist marşrutu fəaliyyət göstərir.

Xəbər 3006 dəfə oxunub.




29.11.2025  19:26 

Ölümdən sonrakı həyat?!


BÜTÜN XƏBƏRLƏR +