Cəmil Həsənli sərbəst buraxıldı
Mən, bulud adamam, yağış adamam...
Diaspor adı altında parçalanma... - AÇIQLAMA
Onlar şübhəli şəxs qismində istintaqa cəlb edildi - Mehdiyev işi
Cəmil Həsənlini DTX-ya dəvət etdilər
Azərbaycan səfirliyi milli stendini təqdim edib
Zalujnı Rusiyanın strategiyası barədə xəbərdarlıq etdi
Dağlıq ərazilərdə qar yağacaq - Hava
Bakıda yaşayış binasında partlayış baş verib
Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı


28.09.2018  09:05 

Mərc oyunlarının qaydalarına dəyişiklik edildi





A+  A-

Nazirlər Kabineti “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”ı və “Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda dəyişikliklər edib.
XəzərNews.az xəbər verir ki, dəyişiklik “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1163-VQD nömrəli Qanununun tətbiqi haqqında” prezidentin sərəncamının icrasını təmin etmək məqsədi ilə edilib.

“İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.1.10-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.1.11-ci yarımbənd əlavə edilsin:

“5.1.11. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl etmək.”;

1.2. aşağıdakı məzmunda 13.3-2-ci bənd əlavə edilsin:

“13.3-2. Operator “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl etməlidir.”.

“Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi Qaydaları”na aşağıdakı məzmunda 6.3-2-ci bənd əlavə edilsin:

“6.3-2. Operator “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl etməlidir.”.

Xəbər 3264 dəfə oxunub.




29.11.2025  19:26 

Ölümdən sonrakı həyat?!


BÜTÜN XƏBƏRLƏR +