Cəmil Həsənli sərbəst buraxıldı
Mən, bulud adamam, yağış adamam...
Diaspor adı altında parçalanma... - AÇIQLAMA
Onlar şübhəli şəxs qismində istintaqa cəlb edildi - Mehdiyev işi
Cəmil Həsənlini DTX-ya dəvət etdilər
Azərbaycan səfirliyi milli stendini təqdim edib
Zalujnı Rusiyanın strategiyası barədə xəbərdarlıq etdi
Dağlıq ərazilərdə qar yağacaq - Hava
Bakıda yaşayış binasında partlayış baş verib
Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı


11.07.2018  16:05 

İmtahanda 569 nəfər qadın olub





A+  A-

30 iyun 2018-ci ildə inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik məlumat açıqlanıb.
DİM-dən XəzərNews.az-a daxil olan xəbərə görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 807 nəfəri kişi, 569 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 714 nəfər (qeydiyyatdan keçənlərin 88.5%-i), qadınlar üzrə isə 512 nəfər (qeydiyyatdan keçənlərin 90%-i) 20-34 yaş intervalında olanlardır.

Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 1-i kişi, 1-i isə qadındır. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyiblər. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən yalnız 5 nəfəri (3 kişi, 2 qadın) imtahanı uğurla keçib.

İmtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 188 nəfəri (96 kişi və 92 qadın) 20 24 yaş intervalında olan namizədlərdir. Bu yaş qrupu üzrə imtahandan iştirak edən kişilərin 40.5%-i, qadınların isə təqribən 54.4%-i müvəffəqiyyət əldə edib.

Xəbər 2997 dəfə oxunub.




29.11.2025  19:26 

Ölümdən sonrakı həyat?!


BÜTÜN XƏBƏRLƏR +